Icma.az
close
up
RU
525ci qəzet AzMİU ilə Qırğızıstan Beynəlxalq Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

525ci qəzet AzMİU ilə Qırğızıstan Beynəlxalq Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Noyabrın 15-də Qırğızıstan Beynəlxalq Universitetinin rektoru akademik Asilbek Aydaraliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

AzMİU-dan 525.az-a bildirilib ki, universitetin rektoru professor Gülçöhrə Məmmədova ilə keçirilən görüşdə qonaqlara ali məktəbin tarixi, fəaliyyət istiqamətləri və elmi nailiyyətləri barədə ətraflı məlumat verilib. Rektor AzMİU-nun memarlıq və inşaat sahələrində Cənubi Qafqaz regionunda lider ali təhsil ocaqlarından biri olduğunu vurğulayıb. O, həmçinin universitetin müasir texnologiyalar və innovasiyaların tədris prosesinə inteqrasiyası sahəsində atdığı addımlardan, eləcə də beynəlxalq miqyasda müxtəlif universitetlərlə əməkdaşlıq əlaqələrindən bəhs edib.

Akademik Asilbek Aydaraliyev isə rəhbərlik etdiyi universitetin Qırğızıstanda və Orta Asiyada təhsil və elmi-tədqiqat sahəsində qabaqcıl mövqedə olduğunu bildirib. O, universitetin multidisiplinar yanaşma və beynəlxalq əməkdaşlıq çərçivəsində tələbələrə geniş imkanlar yaratdığını, təhsil mühitində yenilikçi metodlar tətbiq etdiklərini vurğulayıb.

Görüşdə iki universitet arasında təhsil və elmi-tədqiqat sahələrində əlaqələrin genişləndirilməsi ilə bağlı çoxsaylı mövzular müzakirə olunub. Əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə təlim, seminarlarda iştirak və tədris materiallarının paylaşılması məsələləri xüsusi olaraq qeyd edilib. Bundan əlavə, elmi-tədqiqat sahəsində birgə layihələrin, simpozium və konfransların təşkil olunması, həmçinin hər iki universitetin tələbələri üçün ortaq təcrübə proqramlarının yaradılması müzakirələrin əsas məqamlarından olub.

Rektorlar bu əməkdaşlığın Azərbaycanla Qırğızıstan arasında təhsil sahəsində əlaqələrin möhkəmlənməsi və gənc mütəxəssislərin beynəlxalq təcrübə qazanması üçün əhəmiyyətli bir addım olduğunu vurğulayıblar.

Qeyd edək ki, bu görüş elmi-tədqiqat və innovasiya sahələrində regional əməkdaşlığın gücləndirilməsi baxımından hər iki universitet üçün yeni imkanlar açır. Əməkdaşlığın inkişafı ilə Azərbaycan və Qırğızıstanın gənc mütəxəssisləri daha geniş təhsil və təcrübə imkanları əldə edərək hər iki ölkənin inkişafına töhfə verə biləcəklər.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see261

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see224

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see174

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see143

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see139

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see136

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see131

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri