Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin Suriya məsələsində mövqeyi ondan ibarətdir ki, bu ölkənin ərazi bütövlüyü də, vahidliyi də qorunub saxlanılmalıdır.
Bu barədə Suriyadakı prosesləri 525.az-a şərh edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
Deputat bildirib ki, Rusiya və İrandan fərqli olaraq Türkiyə demək olar ki, 500 ildir bu bölgəyə şahidlik edir: “Bu baxımdan Türkiyə öz məsuliyyətini hiss edir.
Rusiya uzaqdan gəlib orda oturmuşdu, halbuki bölgəyə onun heç bir aidiyyatı yoxdur.
İran orda azlığın hakimiyyətini qoruyurdu və özü üçün hansısa bir geopolitik məsələlər həll edirdi ki, Suriya ərazisindən Livana kimi, sonra ordan da İsrailə qarşı Hizbullahı silahlandırıb, pozucu fəaliyyətlə məşğul idi.
Türkiyə isə sabitlik, istəyindədir. Onun rolu konstuktivdir.
Türkiyənin mövqeyi ondan ibarətdir ki, Suriyanın ərazi bütövlüyü də, vahidliyi də qorunub saxlanılmalıdır.