Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

İran rejimi legitimliyini itirir ŞƏRH

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

525ci qəzet Bakı Ankara ilə Suriyadakı bərpa işlərində imkan daxilində iştirak edəcək Deputat

525ci qəzet Bakı Ankara ilə Suriyadakı bərpa işlərində imkan daxilində iştirak edəcək Deputat

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Suriya məsələsində mövqeyi ondan ibarətdir ki, bu ölkənin ərazi bütövlüyü də, vahidliyi də qorunub saxlanılmalıdır.

Bu barədə Suriyadakı prosesləri 525.az-a şərh edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Deputat bildirib ki, Rusiya və İrandan fərqli olaraq Türkiyə demək olar ki, 500 ildir bu bölgəyə şahidlik edir: “Bu baxımdan Türkiyə öz məsuliyyətini hiss edir. Rusiya uzaqdan gəlib orda oturmuşdu, halbuki bölgəyə onun heç bir aidiyyatı yoxdur. İran orda azlığın hakimiyyətini qoruyurdu və özü üçün hansısa bir geopolitik məsələlər həll edirdi ki, Suriya ərazisindən Livana kimi, sonra ordan da İsrailə qarşı Hizbullahı silahlandırıb, pozucu fəaliyyətlə məşğul idi. Türkiyə isə sabitlik, istəyindədir. Onun rolu konstuktivdir. Türkiyənin mövqeyi ondan ibarətdir ki, Suriyanın ərazi bütövlüyü də, vahidliyi də qorunub saxlanılmalıdır. Budur Türkiyənin prinsipial yanaşması. Bütün bu məsələləri nəzərə alaraq o birilərindən fərqli olaraq Türkiyə Suriya xalqına hər zaman dəstək olub. İdlibdə insanların tələbatını təmin edirdi. Halbuki qalan bölgələrdə işıqdan tutmuş suya kimi, çörəyə kimi insanlar möhtac qalmışdılar. Ona görə düşünürəm ki, Türkiyə orda sabitliyi təmin etmək üçün səylərini davam etdirəcək. Sadəcə yaxşı olardı ki, bu məsələdə İran və Rusiya pozucu fəaliyyətlərin tamamlasınlar, qapatsınlar, ABŞ və İsrail isə Türkiyə ilə konstruktiv dialoqa gedərək orda sabitliyin təmin olunması ilə bağlı kömək etsinlər, pozucu fəaliyyətlə məşğul olmasınlar, PKK-nı dəstəkləməsinlər, bir də ki, ərəb ölkələrinin də mövqeyi çox mühümdür. Maliyyə imkanları ərəb ölkələrindədir. Onlar öz maliyyə imkanlarını Suriyanın bərpası üçün yönəltsələr, Türkiyə də öz tərəfindən həmin işlərin təşkili ilə bağlı səylərini təqdim etdiyi halda, bəlkə Suriya indiki böhran vəziyyətindən çıxa bilər. Odur ki, bu gün Suriya ölkə kimi mövcuddur, amma dövlət kimi daha yoxdur. O dövləti yenidən qurmaq lazımdır”.

Türkiyəyə bu məsələdə maneələrin olmasına gəlincə,  politoloq deyib ki, hələlik ABŞ və İsrailin bu məsələlərdə Türkiyə ilə konstruktiv mövqe sərgiləməsini görmürük: “PKK-çılara dəstək verirlər, İsrail Suriyada bəzi əraziləri bombalayır ki, silahları hansısa radikal qruplaşmalar əldə etməsinlər. Reallıqda isə Suriyanın dağıdılması ilə məşğuldurlar. Bunların hamısına son qoyulmalıdır”.

Türkiyə və Azərbaycanın Suriya məsələsində həmrəyliyinə toxunan deputat bildirib ki, Türkiyə həm coğrafi baxımdan Suriyaya yaxındır, həm də indi o bölgədə Türkiyənin imkanları çox böyükdür: “Amma fərq etməz, Azərbaycan Türkiyə ilə həmrəydir, ələlxüsus birinci növbədə humanitar məsələlərin həllində. İndi Türkiyə ilə yanaşı hansısa digər fəaliyyətlərdə iştirak tələb olunsa, tutaq ki, fövqəladə vəziyyətlə bağlı, yaxud ola bilsin ki, lazım gəldiyi halda lap hərbçilərimiz də Suriyada sabitliyin qorunub saxlanılması üçün öz müttəfiqlik borcunu yerinə yetirərək Türkiyə ilə yanaşı bunu həyata keçirə bilər. Məlumdur ki, Suriyadakı əvvəlki rejim Azərbaycana qarşı çıxırdı, əsasən ermənipərəst bir mövqe tutmuşdur. Biz orada səfirliyimizi bağladıq, düşünürəm ki, şərait dəyişdiyi halda, səfirliyimiz də yenidən açıla bilər. Azərbaycan Türkiyə ilə birgə Suriyada bərpa işlərini imkan çərçivəsində aparacaq. İndi bizim üzərimizdə öz problemlərimiz var, yəni Qarabağın bərpa-qurucluğu ilə bağlı, amma hesab edirəm ki, müəyyən mənada biz Suriyada da Türkiyə ilə yanaşı iştirak edə bilərik”.

Suriyada sabitliyin bərqərar olmasının Cənubi Qafqaza təsirinə gəlincə, R.Musabəyov hesab edir ki, burda əsas olan  Türkiyənin artan nüfuzudur: “Təbii olaraq Türkiyənin güclənməsi, nüfuzunun artması Cənubi Qafqaza da proyeksiya olunur. Yəni burdakı bütün qüvvələr Türkiyənin bizə yaxın olduğunu nəzərə alıb, onun gücü ilə hesablaşırlar. Türkiyənin nüfuzunun və imkanlarının artması əlbəttə ki, müttəfiq, qardaş dövlət olaraq Azərbaycan üçün də bu müsbət haldır”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Dekabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see315

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see194

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see192

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see179

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see168

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see166

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see155

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri