525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Həsənli Təhminə Vəkil qızı 26 yaşında, ömrünün gənclik illərində bizimlə vidalaşdı.
İxtisasca tərcüməçi olan Təhminə 620 balla qəbul olduğu Qafqaz Universitetinin bakalavr pilləsini qırmızı diplomla bitirib.
Aspiranturada təhsili üçün Moskvaya yollanır, amma gözlənilməz qan xərçəngi diaqnozu onun arzusunu yarımçıq qoyur.
Maariflənmək həvəsi yolunu bu dəfə Bakı Slavyan Universitetində magistratura pilləsinə salır.
İlk dəfə 2021-ci ildə, hələ 23 yaşında yaşıdlarından seçilən, şən, savadlı, qayğıkeş Təhminəyə “kəskin leykoz xəstəliyi” diaqnozu qoyulur.
Gənc qız bu xəbər qarşısında o qədər güclü dayanır ki, sadəcə özünü yox, bütün sevənlərini sağalacağına inandırır.
Müalicələr alır, vəziyyəti nisbətən yaxşılaşanda sevib-seçdiyi ilə 2023-cü ildə ailə həyatı qurur.