Icma.az
close
up
RU
525ci qəzet “Bəzən güclü qızlar da məğlub olur…“

525ci qəzet “Bəzən güclü qızlar da məğlub olur…“

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Həsənli Təhminə Vəkil qızı 26 yaşında, ömrünün gənclik illərində bizimlə vidalaşdı. 

İxtisasca tərcüməçi olan Təhminə 620 balla qəbul olduğu Qafqaz Universitetinin bakalavr pilləsini qırmızı diplomla bitirib. Aspiranturada təhsili üçün Moskvaya yollanır, amma gözlənilməz qan xərçəngi diaqnozu onun arzusunu yarımçıq qoyur. Maariflənmək həvəsi yolunu bu dəfə Bakı Slavyan Universitetində magistratura pilləsinə salır. 

İlk dəfə 2021-ci ildə, hələ 23 yaşında yaşıdlarından seçilən, şən, savadlı, qayğıkeş Təhminəyə “kəskin leykoz xəstəliyi” diaqnozu qoyulur. Gənc qız bu xəbər qarşısında o qədər güclü dayanır ki, sadəcə özünü yox, bütün sevənlərini sağalacağına inandırır. Müalicələr alır, vəziyyəti nisbətən yaxşılaşanda sevib-seçdiyi ilə 2023-cü ildə ailə həyatı qurur. Həyatının növbəti xoşbəxt illərinin başlanğıcına hazırlaşdığı zamanda 2024-cü ilin may ayı Təhminə üçün yeni çətinliklər gətirir. Xəstəlik yenidən baş qaldırır, ailəsi onun üçün ümid qapısı taparaq Türkiyənin Ankara şəhərinə üz tutur. 

Təhminə ailənin yeganə qızıdır. Böyük qardaşı Təbriz, daha sonra kiçik qardaşı Təhmasib sevimli bacıları üçün donor olurlar. Təhminə üçün xeyli mübarizə aparılır, müxtəlif müalicə üsullarına cəhd edilir. Onu həyatda tutmağı özünə borc bilən ailə mübarizədə tək deyildi, hamının sevimlisi olan Təhminənin qohumları, yoldaşları, onu yaxından tanımasa da öz köməyini, qayğısını əsirgəməyən Azərbaycan xalqı həm maddi, həm mənəvi dəstəyini əsirgəməyib. Amma bütün səylərə baxmayaraq, 6 dekabrda Təhminəmizin bədəni ağır müalicəyə tab gətirə bilmir, o bizimlə vidalaşır…

Ailəsi, onu tanıyanların hamısı Təhminəni çox mehriban, pozitiv, səmimi, hamının könlündə özünə əziz yer tapan biri kimi qiymətləndirir. Getdiyi hər yerdə, hər işdə seçilib. Həyat eşqi ilə yaşayan qız uşaq yaşlarından kitab sevgisi ilə tanınıb. O, maariflənməyi hamıya məsləhət görüb, öz bildiklərini, oxuduqlarını ətrafı, tələbələri ilə həvəslə paylaşıb, kitablarını dəfələrlə xeyriyyə cəmiyyətlərinə bağışlayıb, son gününə qədər özünü yaxşı hiss etdiyi hər an yenə yazıb, oxuyub. Bir an belə başının üstündən ayrılmayan valideynlərinə bildirib ki, həkimlərin dediklərinə baxmasınlar, o sağalacaq, yazdığı kitabı tamamlayacaq, qarşıda onu çox gözəl günlər gözləyir. Qalib olacağından tərəddüd etdiyi heç vaxt hiss olunmayıb.

Ondan sevgisini əsirgəməyən ailəsinə, qohumlarına, yoldaşlarına həmişə minnətdar olub, çox şanslı olduğunu dilə gətirib. Sağalacağını, bütün xəstələrə motivasiya mənbəyi olacağını xəyal edib. Qeyd edək ki, vaxtilə Təhminə rəfiqəsi Gülnurəyə eyni xəstəliklə mübarizədə dəstək olub, amansız xəstəlik o gənc qıza da qıyıb.

Güclü mübarizəsində məğlub olan Təhminənin gedişi bütün sevənləri üçün sarsıdıcıdır. Gənc qızımız doğmaların, tanıyanların qəlbində həmişə yaşayacaq. Ailəsinə, sevənlərinə səbir diləyirik… 

Aysu Həsənli

(BDU Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi, Təhminənin doğmalarından biri)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Dekabr 2024 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri