525ci qəzet Bəzi dövlətlərin Ermənistanı silahlandırması revanşist dairələrdə müəyyən ümid…
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq. Ermənistanda revanşizm əhval-ruhiyyəsinin olması danılmaz bir faktdır.
Bu, xüsusilə müxalifət dairələrində, bəzi siyasi ekspertlər, eyni zamanda erməni diasporu arasında müşahidə olunur.
Açıq şəkildə ifadə edirlər ki, Azərbaycanla sülh müqaviləsi onları qane etmir, bu dairələrin ürəyindən, ağlından keçən Ermənistanın yenidən silahlandırılması və Azərbaycana qarşı gələcəkdə yeni müharibənin başlanması və azad olunmuş ərazilərimizi yenidən işğal etməkdir.
Bu fikirləri 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynov deyib.
Onun sözlərinə görə, bu, danılmaz bir faktdır və onların çıxışlarında, yazılarında bunu müşahidə edirik.
“Məsələnin ikinci tərəfi, Ermənistanın hazırda belə bir gücə sahib olub-olmaması ilə bağlıdır.
Ermənistan 44 gün davam edən İkinci Qarabağ müharibəsində elə bir məğlubiyyətə düçar olub ki, hazırda yenidən Azərbaycana qarşı hərbi təcavüz törətməsi mümkün deyil.
Ermənistanın bunu etməyə hərbi gücü yoxdur. Ancaq, eyni zamanda Fransa və Hindistan kimi dövlətlərin Ermənistanı silahlandırması revanşist d
Tam oxu
Xəbəri oxu