Icma.az
close
up
RU
525ci qəzet Bəzi dövlətlərin Ermənistanı silahlandırması revanşist dairələrdə müəyyən ümidlər yaradır Ekspert

525ci qəzet Bəzi dövlətlərin Ermənistanı silahlandırması revanşist dairələrdə müəyyən ümidlər yaradır Ekspert

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Ermənistanda revanşizm əhval-ruhiyyəsinin olması danılmaz bir faktdır. Bu, xüsusilə müxalifət dairələrində, bəzi siyasi ekspertlər, eyni zamanda erməni diasporu arasında müşahidə olunur. Açıq şəkildə ifadə edirlər ki, Azərbaycanla sülh müqaviləsi onları qane etmir, bu dairələrin ürəyindən, ağlından keçən Ermənistanın yenidən silahlandırılması və Azərbaycana qarşı gələcəkdə yeni müharibənin başlanması və azad olunmuş ərazilərimizi yenidən işğal etməkdir.

Bu fikirləri 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynov deyib.

Onun sözlərinə görə, bu, danılmaz bir faktdır və onların çıxışlarında, yazılarında bunu müşahidə edirik.

“Məsələnin ikinci tərəfi, Ermənistanın hazırda belə bir gücə sahib olub-olmaması ilə bağlıdır. Ermənistan 44 gün davam edən İkinci Qarabağ müharibəsində elə bir məğlubiyyətə düçar olub ki, hazırda yenidən Azərbaycana qarşı hərbi təcavüz törətməsi mümkün deyil. Ermənistanın bunu etməyə hərbi gücü yoxdur. Ancaq, eyni zamanda Fransa və Hindistan kimi dövlətlərin Ermənistanı silahlandırması revanşist dairələrdə müəyyən ümidlər yaradır ki, bu silahlanma Ermənistanın hərbi gücünün bərpasına və geosiyasi konyuktura imkan verdiyi təqdirdə Azıərbaycana qarşı yeni təcavüzə şərait yaradacaq”, - ekspert bildirib.

Baş nazir Nikol Paşinyanın bununla bağlı mövqeyinəd də aydınlıq gətirən V.Hüseynov hesab edir ki, hazırda Ermənistanın Azərbaycana qarşı müharibəyə başlayacaq hərbi gücü yoxdur: “Paşinyan yaxşı başa düşür ki, belə bir addım atması onun hakimiyyətinin və hətta fiziki varlığının sonu ilə nəticələnə bilər. Çünki onsuz da 2020-2023-cü illərdə ağır məğlubiyyətə düçar olmuş Ermənistan xalqı hökumətə qarşı çox qəzəblidir, növbəti hərbi avantüra və məğlubiyyət onun sonunu gətirə bilər. Bu kimi səbəbərə görə Ermənistan tərəfindən yeni bir hərbi əməliyyatın başlayacağı real deyil. Amma danılmaz faktdır ki, Ermənistanda güclü revaşist qüvvələr mövcuddur, onlar Fransanın, Hindistanın Ermənistanı silahlandırmasından həvəslənirlər. Həmin qüvvələrdə ümid yaranır ki, erməni diasporu, xüsusilə ABŞ və Fransadakı erməni dairələri  onların institutları, həmçinin Avropa və ABŞ-dakı havadarları bu revanşist qüvvələrin güclənməsinə və onların Ermənistanın xarici siyasətinə təsir etməsinə şərait yaradırlar. Bu, o deməkdir ki, təəssüflər olsun ki Ermənistan və Azərbaycan arasında mövcud ixtilaflar hələ uzun müddət davam edəcək, çünki bu ölkədə Azərbaycana qarşı təcavüzkar siyasətin davam etməsini müşahidə edirik. Bu revanşist dairlərin xəyalları, torpaqları işğal etmək xülyaları hələ də qalmaqdadır”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Noyabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri