Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq. Aida Qasımova, professor: - Cem Adrianın "Kül" mahnısı, həqiqətən də, şedevrdir.
Şəfəq xanım Əlibəyli ilə Heydər Əliyev Sarayında Cem Adrianın konsertinə getmişdik.
İnanın, qaranlıq zalda hər tərəfdən işıq saçan telefonların əlindən zövq ala bilmədik. Bütün zal selfi çəkib status paylaşmağa gəlmişdi.
Hər yeni mahnıda dərhal telefonlar işə düşürdü, xüsusilə qızlar sakitləşmək bilmirdi.
Qarşı cərgədə bir qız 2 saat selfi çəkib baxır, silir, yenidən çəkirdi. Yanımızda bir xanım əvvəldən axıradək mesajlaşırdı.
Bütün zövqümüz korlandı. Konsertlərdə telefonlardan istifadə nə dərəcədə düzgündür?
Əkrəm Həsənov, hüquqşünas: - Ter-Petrosyanın çıxışının əsas yeniliyi (Qarabağ konfliktinin yaranmasında Rusiyanın əli yoxdur?) Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın yayılmış 1993-cü il tarixli çıxışının tezisləri bizim üçün məlumun elanıdır.
Lakin dünya ictimaiyyəti üçün bu etiraf olduqca vacibdir, buna görə də onların üzərində bir daha dayanmağa dəyər.