Icma.az
close
up
RU
525ci qəzet Böyük oyunların qurbanı olan sadə insanlar So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525ci qəzet Böyük oyunların qurbanı olan sadə insanlar So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Aida Qasımova, professor:

- Cem Adrianın "Kül" mahnısı, həqiqətən də, şedevrdir.

Şəfəq xanım Əlibəyli ilə Heydər Əliyev Sarayında Cem Adrianın konsertinə getmişdik. İnanın, qaranlıq zalda hər tərəfdən işıq saçan telefonların əlindən zövq ala bilmədik. Bütün zal selfi çəkib status paylaşmağa gəlmişdi. Hər yeni mahnıda dərhal telefonlar işə düşürdü, xüsusilə qızlar sakitləşmək bilmirdi. Qarşı cərgədə bir qız 2 saat selfi çəkib baxır, silir, yenidən çəkirdi. Yanımızda bir xanım əvvəldən axıradək mesajlaşırdı.

Bütün zövqümüz korlandı.

Konsertlərdə telefonlardan istifadə nə dərəcədə düzgündür?

Əkrəm Həsənov, hüquqşünas:

- Ter-Petrosyanın çıxışının əsas yeniliyi (Qarabağ konfliktinin yaranmasında Rusiyanın əli yoxdur?)

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın yayılmış 1993-cü il tarixli çıxışının tezisləri bizim üçün məlumun elanıdır. Lakin dünya ictimaiyyəti üçün bu etiraf olduqca vacibdir, buna görə də onların üzərində bir daha dayanmağa dəyər. Yekunda isə bizdə dolaşan bir mifin yalan olduğu üzərində dayanacağam.

Deməli, 1993-cü ildə Ter-Petrosyan tərəfdarları qarşısında çıxış edərkən aşağıdakıları etiraf edib:

1. Qarabağ münaqişəsini ermənilər başlayıb.

2. Ermənilərin əsas məramı heç Qarabağ da olmayıb. Əsas istək Ermənistanı monoetnik dövlətə çevirmək olub. Yəni azərbaycanlıların oradan qovulması, etnik təmizləmə. Bir sözlə, ilk prezident faşistliyini etiraf edir.

3. Azərbaycanda yaşamış ermənilərin də qovulması onların məqsədi olub. Deməli, əsas etibarilə ermənilərin Azərbaycanı tərk etməsi elə Ermənistanın planı idi. Bizlik deyil!

Bu etiraflar ən azı Ter-Petrosyanın və ətrafının beynəlxalq məhkəmə qarşısına çıxması üçün kifayətdir. Və təbii, Ermənistanla müharibəmizin əsl səbəblərini dünya ictimaiyyətinə tam sübut etməyimiz üçün əsasdır.

Ter-Petrosyan bir etiraf da edir bu çıxışda. Deyir ki, SSRİ-ni "biz dağıtdıq" və digər müttəfiq respublikalar üçün örnək olduq. Bu da məntiqlidir. 80-ci illərin sonunda kim SSRİ-nin dağılmasını ağlına gətirə bilərdi? Amma ermənilər artıq müstəqil dövlətlərini qurmaq üçün hərəkətə keçmişdilər. Xatırladıram ki, azərbaycanlıların 80-ci illərin sonundakı kütləvi etirazları müstəqillik naminə deyildi, sırf ermənilərə cavab idi və Qarabağın statusu ilə bağlı idi.

SSRİ-nin dağılmasını kim istəyirdi? Əlbəttə ki, Qərb. Deməli, Qarabağ konfliktinin yaranmasında da ilk növbədə Qərb maraqlı idi. Qərbdə güclü erməni diasporu olduğu üçün SSRİ-ni də məhz ermənilərin əli ilə dağıtmağa başladılar.

Bu baxımdan illərlə münaqişədə Rusiyanın əli olması barədə bizdəki söhbətlər yalandır. Axı ruslar niyə SSRİ-ni dağıtmaq istəsin ki? Ümumiyyətlə hansı mərkəzi hökumət ərazisində etnik konfliktin olmasını istəyər ki? Başı xarab olmayıb ki!

Bəli, Rusiya bizi XIX əsrdə işğal edərək müstəmləkəsi etmişdi. XX əsrin əvvəlində də ilk respublikamızı təkrar işğal etdi. XX əsrin sonunda isə 20 yanvar faciəsini törətdi. Lakin Rusiyanın Qarabağ münaqişəsini yaratması heç vaxt ağlabatan mülahizə deyildi. Ter-Petrosyanın çıxışı da bunu təsdiq edir.

Bəli, Qorbaçov da, Yeltsin ermənipərəst idilər. Amma bununla belə, nə Qorbaçov Qarabağı ermənilərə verdi, nə də Yeltsin onun "müstəqilliyini" tanıdı. Düzdür, rus ordusu ermənilərə kömək edirdi. Amma bu, artıq münaqişənin başlanğıcı yox, davamı oldu və burada iki səbəb var idi. Əvvəla, ermənilər ac rus ordusunu pulla ələ almışdı. Digər tərəfdən isə ermənilər xristian olduqları üçün rusların onlara rəğbəti daha çox olub və indi də bu belədir (hətta ukraynalılar da erməniləri bizdən daha çox istəyir). Lakin ötən 30 il ərzində apardığımız siyasət nəticəsində Rusiya bizim tərəfə keçməyə məcbur oldu. Kim bilir, bəlkə də həmçinin ona görə ki, Rusiya SSRİ-ni dağıdanlar sırasında ermənilər birinci olduqlarını dərk edir.

Bunu niyə yazıram? Əvvəla, ona görə ki, həmişə həqiqəti olduğu kimi deməliyik. Hətta düşmənimizə münasibətdə də adil olmalıyıq. Bu, həmçinin ona görə lazımdır ki, miflərlə və yalanlarla yaşamayaq. Çünki onlar normal münasibət qurmağa mane olur. Mifləri bilmək həm də gələcəkdə də yanlış mülahizələr qurmamağın əsasıdır. Belə isə əlbəttə ki, kimin kim olduğunu və bizdən nə istədiyini onsuz da bilirik...

İlkin Rüstəmzadə, "Nida" hərəkatının üzvü:

- 10 gün əvvəl Parisdə, Luvr Muzeyinin yanındakı Maison Francis Kurkdijanın rəsmi butikindən "Baccarat Rouge" 540 ətri almışdım.

Yəni day bundan o tərəfə original məhsul ala biləcəyin yer yoxdu da.

Parisin göbəyində, Rivolidə brendin dünyadakı əsas mağazasıdı.

Ətri vurursan, 30 dəqiqə sonra qoxu 90% gedir. 2 saat sonra heç nə qalmır.

2 gün əvvəl bir tur müştərimdən eyni ətrin Dubay versiyasını mənim üçün almasını xahiş elədim.

Bugün gətirib. Səhər tezdən sıxmışam. Möhtəşəmdir!

Qoxu 100% eyni. 99 demirəm. Bildiyin 100%. Və azı 5-6 saat qalıcılıq. Səhər vurmuşam, qoxu hələ də gəlir.

Biri 270 € (478 manat) O biri 60 dirhəm (28 manat)

Mən bunu çoxdan başa düşmüşəm, amma indi bir daha əmin oldum: Brendlər sadəcə ad satırlar. Eyni, hətta daha üstün keyfiyyəti çox daha uyğun qiymətə əldə etmək həmişə mümkündür.

Fərid Pərdəşünas, texnobloger:

- Nyu York dünyanın ən bahalı şəhərlərindən biri olaraq bu statusun haqqını verir, bu bir neçə gündə gördüyüm qiymətlər:

- İçməli su (1.5l) -  3 m 40 qəpik;

- Çörək -  6 m 80 qəpik;

- Fast Food menyu - 25 m 50 qəpik;

- Normal yemək - 51 m;

- Metro 1 gediş - 4 m 90 qəpik;

- Taksi (hər mil üçün) - 4 m 25 qəpik;

- Kirayə ev (Manhettın) - aylıq 6800 m

- Kirayə ev (Bruklin) - aylıq 3700 m

Aylıq ortalama gəlir (aşağı-orta hədd) - 8500 m - 11,900 m.

Ümumi olaraq 5 il əvvəl gəldiyim Nyu York-da sanki heç nə dəyişməyib. Qiymətlərdən başqa. Zibilli küçələr, iyrənc metro.

Çoxsaylı reklam löhvələri, dünya maliyyə mərkəzi, şam ağacı, azadlıq heykəli, hündür binalar, qızmış öküz, mərkəzi park və yatmayan, dayanmayan bir meqapolis. Yaşamaq üçün yox, ara bir baş çəkib, şəkil çəkdirmək üçün yaxşı şəhərdir.

Bu şəhərdə özünü filmlərdəki kimi hiss edirsən. Amma bilirsən ki, bu filmdə sən baş rol oyunçusu deyilsən. Fonu doldurmaq üçün olan insan qrupundasan. 1-2 səhnədə heç kimin fikir vermədiyini yerdə rol alıb, gedirsən.

Samirə Əşrəf, yazıçı:

- "Bakıbus MMC"nin balansında olan 149 saylı marşrut bu gün Bakı-Ələt yolunda qəza törədib. Bir nəfər ölüb, iki nəfər yaralanıb. Səbəb minik maşını ilə olan toqquşma göstərilir. Günahkarın hansı tərəf olduğunu yəqin ki, aparılan istintaq müəyyən edəcək. Avtobusdakı şahidlərin sözlərinə görə, sürücü tum çırtladığı üçün qəza baş verib. Amma mən çox ciddi məsələyə toxunmaq istəyirəm. Özüm, ailəm hər gün bu marşrutdan istifadə edirik. Baxmayaraq ki, gec gəlir, sürücülər qəza səviyyəsində hərəkət edir, amma təhlükəsizlik baxımından fərdi taksilərdən istifadə etmişik. Düşünürəm ki, onların qəza riski daha böyükdür. Amma belə baxıram ki, "Bakıbus" da təhlükəsiz deyil artıq. Paytaxtın heç bir yerində "Bakıbus" qəza törətmir, ancaq Sahil qəsəbəsində bununla ikinci dəfədir qəza edir. Xəttə qoşulması bir il deyil heç. Çünki "Bakıbus"  sürücüləri özlərini xuliqan kimi aparır. Bunu qəsəbə sakinlərinin böyük əksəriyyəti təsdiqləyə bilər. Elə gün olmur ki, bu marşrutda dava qırğın düşməsin. Pis idarəetmə, sərnişinlərlə təhqiramiz hərəkətlər, hegemonluq və s. yaxın keçmişdə sürücü əsəbləşib yolu 20 sürətlə (!) sürmüşdü, bir saatlıq yolu 3 saata gəlib çıxmışdı. Bir dəfə isə sürücü Bibiheybətdə marşrutu saxlayıb demişdi, getmirəm. Məndə olan məlumata görə, sürcülər uzaq məsafə olduğuna görə Sahil qəsəbəsinə işləməkdən narazıdılar. Bu, vətəndaşın problemi deyil. Yəni uzun sözün qısası, əlaqədar qurumlar bu sürücülərə dur desinlər. İnsan həyatının nə qədər əhəmiyyətli olması barədə onlar üçün seminarlar təşkil etsinlər, lazım gəlsə, dərsliklər çap etsinlər. Eybi yox, qırxında öyrənməyən bəlkə yetmişində öyrəndi. 70 ona görə yazıram ki, yaşı 60-dan yuxarı sürücülər çoxdur. Onları gənc kadrlarla əvəz etsinlər. Bəlkə gənc sürücülər üçün insan həyatı daha böyük məna kəsb edər. Əgər Yerüstü nəqliyyat agentliyi, "Bakıbus MMC" vaxtında tədbir görməsə, bu kimi qəzaların sayı artacaq, vəziyyət isə ürəkaçıcı olmayacaq.

P.S. Bu statusu bir manatlıq taksidən yazıram. Sürücü sevgilisi llə dalaşır, əsəbləşib. Özümü avtomobildə yox, sürət qatarında hiss edirəm. Çünki AYNA Sahil qəsəbəsinə saat 22:00-dan sonra marşrut təyin etmir.

Şəhriyar Məhərrəmov, "Abşeron" qrupunun rəhbəri:

- Bir videoya baxdım. Rus əsgəri ilə Ukrayna əsgəri qarşı-qarşıya gəlib əlbəyaxa savaşırlar. Bıçaqla bir-birini al qana qərq edirlər. 15-20 dəq yerdə sürünürlər. Sonda ukraynalı yaralı əsgər rusdan xahiş edir ki, aralan, rahat ölüm. Sən qalib gəldin, sadəcə sakit ölmək istəyirəm.

Rus da qanı axa-axa aralanır (çox güman o da ölür, çünki hər ikisi qanın içində tanınmaz halda idilər)

Həqiqətən faciədir.

Tarix boyu bir yerdə yaşamış, dili, dini, irqi, mədəniyyət və təfəkkürü eyni olan xalqlar bir-birini vəhşicəsinə öldürür.

Sadə insanlar böyük güclərin, böyük oyunların qurbanı olurlar.

Ukrayna tarix boyu elə Rusiya deməkdir. Heç biz türklərlə onlar qədər yaxın deyilik və olmamışıq.

Ukraynanın şərqində o ailə, o nəsil yoxdur ki, kiminsə ya valideynləri, ya baba nənəsi biri rus, o biri ukraynalı olmasın. Yəni bunlar belə olub həmişə.

Sədacə zaman elə gəlib ki, Ukrayna Qərbə getmək istəyir, şengen ölkəsi olmaq və ən əsası NATO ölkəsi olmaq istəyir.

Rusiya isə onun bu xəyanətini bağışlamır.

Ukrayna Qərbə, NATO-ya, şengenə getməkdə haqlıdırmı? Bəli...

Bəs bu addım Rusiyaya xəyanətdirmi? Bəli (Çünki NATO birbaşa Rusiyaya qarşı yaradılmış hərbi ittifaqdır).

Ona görə də vəziyyət hər iki tərəfindən haqlı görünür.

Bu səbəbdən dünyada o xalqlar xoşbəxtdirlər ki, onların liderləri ağıllı, müdrik insanlardır.

Nə olur olsun, savaş, insan ölümü qarşısını almaq hər bir liderin ən vacib öhdəliyidir.

Savaş başlayan gündən hər zaman demişəm. Bu savaş heç kimin tam qələbəsi ilə yekunlaşmayacaq. Dondurulacaq.

Nə Kırım Ukraynanın olacaq, nə də Rusiya istəyinə nail olacaq...

Bu savaş böyük güclərin (ABŞ-Rusiya) savaşıdır.

Böyük güclərin savaşında açıq qalıb olmur.

seeBaxış sayı:26
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri