Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Bakının Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşündən imtinasının bir sıra səbəbləri ola bilər.
Bunu 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli deyib.
“Hər halda bu səbəblərdən biri düşünürəm ki, sülh müqaviləsinin mətni ilə bağlı hələ də həllini tapmayan bir sıra məsələlərin qalmasıdır.
Burda yəqin ki, hər hansı ciddi irəliləyiş yoxdur və tərəflərin mövqeyində irəliləyiş olmadığı üçün də Azərbaycan bu görüşə ehtiyac görməyib.
Eyni zamanda, Azərbaycan son aylar dəfələrlə Bayden administrasiyasını post münaqişə problemlərinə ikili yanaşmasına, qərəzli mövqeyinə görə tənqid edib.
Ola bilsin ki, imtina etmək səbəblərimizdən biri də Bayden administrasiyasının etibarlı vasitəçi olmamamasından irəli gəlir.
Hesab edirəm ki, əsas səbəblərdən biri də budur”, - ekspert deyib.