Icma.az
close
up
RU
525ci qəzet Bu görüşdən imtina Bayden administrasiyasının etibarlı vasitəçi olmamamasından irəli gəlir Ekspert

525ci qəzet Bu görüşdən imtina Bayden administrasiyasının etibarlı vasitəçi olmamamasından irəli gəlir Ekspert

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Bakının Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşündən imtinasının bir sıra səbəbləri ola bilər.

Bunu 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli deyib.

“Hər halda bu səbəblərdən biri düşünürəm ki, sülh müqaviləsinin mətni ilə bağlı hələ də həllini tapmayan bir sıra məsələlərin qalmasıdır. Burda yəqin ki, hər hansı ciddi irəliləyiş yoxdur və tərəflərin mövqeyində irəliləyiş olmadığı üçün də Azərbaycan bu görüşə ehtiyac görməyib.

Eyni zamanda, Azərbaycan son aylar dəfələrlə Bayden administrasiyasını post münaqişə problemlərinə ikili yanaşmasına, qərəzli mövqeyinə görə tənqid edib. Ola bilsin ki, imtina etmək səbəblərimizdən biri də Bayden administrasiyasının etibarlı vasitəçi olmamamasından irəli gəlir. Hesab edirəm ki, əsas səbəblərdən biri də budur”, - ekspert deyib.

Əlavə edib ki, Birləşmiş Ştatlarda hakimiyyət keçid dövrünü yaşayır, ola bilsin ki, Azərbaycana da yanvarda formalaşdırılacaq ABŞ-ın yeni hökumətlə işləmək daha maraqlıdır: “Hər halda biz gözləyəcəyik ki, Tramp administrasiyası Azərbaycan Ermənistan məsələsində hansı gündəliklə çıxış edəcək. Düşünürəm ki, bu səbəblər ola bilsin ki, Azərbaycan tərəfinin danışıqlardan imtina etməsini şərtləndirib”.

Məlum olduğu kimi, ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilməsi təşəbbüsü ilə çıxış edib. Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib. Yerli media  diplomatik mənbələrə istinadən yazıb ki, səbəb budur ki, “ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür. Buna görə Azərbaycan ABŞ-ın, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır”, - deyə diplomatik mənbə bildirib.

 Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Dekabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri