Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aqil ABBASTürkiyənin TRT-1 kanalında belə bir serial gedir, indiyədək 22 bölümü nümayiş etdirilib, adı: "Mehmet: Fetihlər Sultanı".
O Sultan Mehmet ki, Konstantinopolu fəth edib, Türkün və İslamın bayrağını bu şəhərə sancaraq adını dəyişib İstanbul qoyub.
600 ildir Türkün və İslamın bayrağı dünyanın paytaxtında, bəli, bəli, dünyanın paytaxtında dalğalanır.
Filmdə və tarixi əsərlərdə Sultan Mehmetin Konstantinopolu fəth edənə qədər çəkdiyi iztirablar öz əksini tapıb.
Bütün gücü ilə sancaq bəyləri (yəni indiki dillə desək, qubernatorlar), hətta sədr-əzəm onu bu yoldan çəkindirməyə çalışırlar, yeniçərləri üsyan etdirirlər.
Sultan Mehmet xəyanətin ortasında qalıb, amma səbr və təmkinlə bütün maneələri aradan qaldırır və aprelin 6-da hücum əmri verir.
Hətta Bizans imperatoru ağır toplarla silahlanmış gəmilərin boğaza girməməsi üçün dənizə zəncir atdırır, amma Sultan Mehmetin əsgərləri o gəmiləri quru yoldan daşıyaraq boğaza daxil ola bilirlər.