Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

525ci qəzet Fateh Sultan Mehmet və Fateh İlham Əliyev Aqil Abbas yazır

525ci qəzet Fateh Sultan Mehmet və Fateh İlham Əliyev Aqil Abbas yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aqil ABBAS

Türkiyənin TRT-1 kanalında belə bir serial gedir, indiyədək 22 bölümü nümayiş etdirilib, adı: "Mehmet: Fetihlər Sultanı". O Sultan Mehmet ki, Konstantinopolu fəth edib, Türkün və İslamın bayrağını bu şəhərə sancaraq adını dəyişib İstanbul qoyub. 600 ildir Türkün və İslamın bayrağı  dünyanın paytaxtında, bəli, bəli, dünyanın paytaxtında dalğalanır.

Filmdə və tarixi əsərlərdə Sultan Mehmetin Konstantinopolu fəth edənə qədər çəkdiyi iztirablar öz əksini tapıb. Bütün gücü ilə sancaq bəyləri (yəni indiki dillə desək, qubernatorlar), hətta sədr-əzəm onu bu yoldan çəkindirməyə çalışırlar, yeniçərləri üsyan etdirirlər. Sultan Mehmet xəyanətin ortasında qalıb, amma səbr və təmkinlə bütün maneələri aradan qaldırır və aprelin 6-da hücum əmri verir.

Hətta Bizans imperatoru ağır toplarla silahlanmış gəmilərin boğaza girməməsi üçün dənizə zəncir atdırır, amma Sultan Mehmetin əsgərləri o gəmiləri quru yoldan daşıyaraq boğaza daxil ola bilirlər. Səhər Bizans imperatoru ayılır ki, gəmilər artıq Konstantinopolu mühasirəyə alıblar.

Nə isə, mən bütün filmi danışmaq istəmirəm, tarixi də sizə öyrətmək niyyətində deyiləm, filmə də baxa bilərsiniz, tarix kitablarından da dəqiqliklə öyrənə bilərsiniz.

Mən bu filmə baxdıqca gözümün önünə Ali Baş Komandan, cənab Prezident İlham Əliyev gəlirdi. Sultan Mehmetin Konstantinopolun fəthi ilə cənab İlham Əliyevin Şuşanı azad eləməyində o qədər oxşarlıq gördüm ki.

Necə Sultan Mehmetin əsgərləri o ağır gəmiləri torpaqdan daşıyaraq  boğaza saldıqları kimi, İlham Əliyevin əsgərləri də ağır texnikanı, eləcə çiyinlərində daşıyaraq keçilməz meşələrdən, cığırlardan keçirərək Şuşaya aparıb çıxara bildilər. Bunu sənədli kadrlarda çox görmüsünüz. Sultan Mehmetin əsgərləri Konstantinopolun hasarlarına dırmaşdıqları kimi,  cənab İlham Əliyevin əsgərləri də Şuşanın ətrafındakı sıldırımlardan eləcə dırmaşdılar və şəhərin içində ermənilərlə əlbəyaxa döyüşə girdilər və şəhəri azad etdilər. 30 ildən sonra Gövhər ağa məscidinin minarəsindən Azan səsləndirildi. Və cənab İlham Əliyev müqəddəs bayrağımızı Şuşada qaldırdı. Ermənilərin Şuşi adlandırdığı şəhər yenidən öz qədim adına qovuşub Şuşa oldu. Son 200 ildə zəbt olunmuş torpaqlarımız məhz Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşməndən azad oldu.

Necə ki İstanbulda 600 ildir Türk  bayrağı dalğalanır, eləcə də Şuşada və Qarabağda min illər Azərbaycan bayrağı dalğalanacaq. Möhtərəm Prezident necə deyib: "Biz həmişə burda yaşamışıq, min illərlə də yaşayacağıq".

Əlbəttə, bu qələbə cənab Prezident üçün də asan olmamışdı. Bizdə də İlham Əliyevi bu müharibədən çəkindirmək istəyən qüvvələr vardı, amma cənab İlham Əliyev səbr və təmkinlə həmin qüvvələri sıradan çıxartdı, saraydan uzaqlaşdırdı. Apardığı islahatlar nəticəsində ordunu təmizlədi və bu təmizləmə müharibə getdiyi dövrdə də həyata keçirilirdi.

Çox qəribədir ki, o dövrdə Roma Papası Sultan Mehmetə məktub göndərir ki, fikrindən daşın, bütün xristian dünyası birləşib, sən bu müharibədə uduzacaqsan. Amma Sultan Mehmet bu hədələyici məktubdan qorxmur və fikrindən daşınmır.

Avropa dövlətləri də belə məktublarla və bəyanatlarla Ali Baş Komandana müraciət edirdilər ki, Qarabağda müharibəyə başlamaqdan çəkindirsinlər. Amma cənab Ali Baş Komandan da Sultan Mehmet kimi onların məktub və bəyanatlarından çəkinmədi və onların bəyanatlarına Dəmir Yumruqla cavab verdi.

Uğurlu xarici siyasəti nəticəsində Ermənistana dayaq olan bəzi xarici  qüvvələri zərərsizləşdirdi. Əsgərləri Qarabağda savaşarkən özü də 44 gün dünya mətbuatı ilə, dünya siyasəti ilə savaşdı. Hamı axşamlar kəsdirirdi televizorun önünü ki,  cənab Ali Baş Komandanın səsini və xoş xəbərlərini eşitsinlər. Düzdür, Müdafiə Nazirliyi qələbələrimizlə bağlı xəbərlər yayırdı, amma adamlar ən son məlumatları cənab Ali Baş Komandandan eşitmək istəyirdi.

Bəzi jurnalistlər, Ermənistanı dəstəkləyən ölkələrin jurnalistləri, əlləm-qəlləm suallarla cənab Ali Baş Komandanı çaşdırmaq istəsələr də, Möhtərəm Prezident onları elə ustalıqla yerində oturdub susdururdu ki, valeh olmaya bilmirdin.

Liderlər, siyasətçilər şahmat oynamağı çox sevirlər, eləcə də cənab İlham Əliyev.

Ən böyük siyasət şahmatçısı Ulu öndər Heydər Əliyev idi. Şahmatla maraqlananlar bilir, qrossmeysterlər 15-16-cı gedişi oyun başlamamış görə bilirlər. Və onu da şahmatçılar bilir ki, bir oyun 40-cı gedişdə adətən təxirə salınır. Heydər Əliyev dünyada yeganə şahmatçı idi ki, 40-cı gedişi görürdü və 40-cı gedişdə  oyunu təxirə saldı və 41-ci gedişi varisi İlham Əliyev üçün saxladı. İlham Əliyev 41, 42, 43 və 44-cü gediş edərək təkcə Ermənistanı deyil, dünyanın böyük dövlətlərini mat vəziyyətinə saldı. Çünki O, özü demişkən, nəyi nə vaxt deməyi və etməyi yaxşı bilirdi. Və 44-cü gedişlə 44 günlük müharibəni zəfərlə başa çatdırdı.

Və adını Sultan Mehmet kimi Türkün tarixinə qızıl hərflərlə yazdırdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Yanvar 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri