525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Nizaməddin ŞƏMSİZADƏDövlət mükafatı laureatı, Əməkdar elm xadimi "Dünyanın necə olduğunu hamı bilir, mən öz dünyamı çəkirəm" Pablo Pikasso Tanrı-Dünya-İnsan üçbucağında ən zəif həlqə insandır.
Bu üçlük qlobal Qalaktikada insan yaşayan yer planetini "idarə edir". Və min illərdir, bu idarəçilikdə hökmranlıq uğrunda mübarizə gedir.
İnsan dini, milləti və dövləti yaratmaqla özünə təsəlli tapır.
Dünyanı, Milləti (etnosu) Yaradan deyir ki (onun əvəzinə dörd "kitablı" - monoteist dini liderlər!), İnsanı mən yaratmışam.
Ümumiyyətlə, təkcə İnsanı yox, təbiətdə mövcud olan canlı və cansız varlıqları mən yaratmışam.
İnsan isə deyir, səni mən yaratmışam - uydurmuşam. Sən mənin düşüncəmin məhsulusan, mən olmasaydım, sən də mövcud olmazdın.
Alimlər bu fikirdədir, dünyanın 72 faiz sudan ibarətdir. Tanrı da onun yaratdığı İnsan da suyun içində yaşayır.