Icma.az
close
up
RU
525ci qəzet Günəşin qabağını kəsməyin!.. Nizaməddin Şəmsizadə yazır

525ci qəzet Günəşin qabağını kəsməyin!.. Nizaməddin Şəmsizadə yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nizaməddin ŞƏMSİZADƏ
Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi

"Dünyanın necə olduğunu hamı bilir, mən öz dünyamı çəkirəm" 

Pablo Pikasso

Tanrı-Dünya-İnsan üçbucağında ən zəif həlqə insandır. Bu üçlük qlobal Qalaktikada insan yaşayan yer planetini "idarə edir". Və min illərdir, bu idarəçilikdə hökmranlıq uğrunda mübarizə gedir. İnsan dini, milləti və dövləti yaratmaqla özünə təsəlli tapır. Dünyanı, Milləti (etnosu) Yaradan deyir ki (onun əvəzinə dörd "kitablı" - monoteist dini liderlər!),  İnsanı mən yaratmışam. Ümumiyyətlə, təkcə İnsanı yox, təbiətdə mövcud olan canlı və cansız varlıqları mən yaratmışam. İnsan isə deyir, səni mən yaratmışam - uydurmuşam. Sən mənin düşüncəmin məhsulusan, mən olmasaydım, sən də mövcud olmazdın.

Alimlər bu fikirdədir, dünyanın 72 faiz sudan ibarətdir. Tanrı da onun yaratdığı İnsan da suyun içində yaşayır. İnsanın öz içi də su ilə doludur. Günlərin bir günü Okeanlar birləşsə, daşsa, yer kürəsi  Qərq olsa, necə olacaq?! Görəsən, din, millət, dövlət-ölkə, sərhəd müharibəsi aparan dünya mənim deyən insanlar heç bunu  düşünürmü?

Qlobal yanaşdıqda "Əzəmətlə səslənən" (M.Qorki) İnsan nə qədər miskindir. Bəşər övladı tarixin müxtəlif mərhələlərindən keçib, insan tarixi yaradıb, tarix də insanı formalaşdırıb. Çox zaman insan tarixdən asılı olub, öz yaratdığının qulu olmaq kimi acı bir tale yaşayıb. Fəqət, hər etnos öz tarixi ilə tanınıb. "Kitablı dinlər" yarananda onlar əvvəlcə tarixin "qarniri" funksiyası daşıyıb. Sonra əməl təmələ xidmət etməyib. İnam və iman adlanan iki psixoloji vaakkumda dövr edib. Dinlər insanları tapındığı həqiqətlərdən yayındırıb. Bəzən insan cəmiyyətində həqiqət rəzalətlə əvəz olunub. Həqiqət rəzalətə xidmət edib. Və dinlər bu prosesdə köməkçi funksiyası daşıyıb. Allah anlayışı, saxta mənəvi borc anlayışı, əzrayıl fenomeni, cənnət eşqi (və ehtirası!), cəhənnəm qorxusu kimi cürbəcür miflər tədricən İnsanı psixoloji vahimə sferasına daxil edib. "Kim Allahdan çox qorxursa, Allah onu çox sevir" məntiqi tezliklə hakim kəsilməyə başlayıb. Mənim fəlsəfəm belədir: İnsan yaşadığı cəmiyyətdən çox, doğulduğu təbiətə bənzəyir. Cəmiyyətin müəllifi İnsan, Təbiətin müəllifi Tanrıdır. İnsan təbiətə üz çevirəndə mənəvi rahatlıq tapır, cəmiyyətlə ünsiyyətdə mənəvi gərginlik keçirir. Və ən amansızı budur ki, İnsan öz nadanlığı ucbatından əsrlər boyu Təbiətə istehlakçı münasibət göstərib, ondan intiqam alıb, təbiəti məhv etməsi ilə öyünüb. Bu gün Təbiət insandan intiqam alır. 2024-cü il noyabrda Bakıda keçirilən COP29 təbiəti qorumaq istəyinin, bəşəriyyətin doğma yer planetindən nigarançılığının təzahürü idi. Dünyanın təbii resurslarını qorumaq, yaşıl enerjiyə keçmək dövrümüzün qlobal çağırışıdır. Təbiətin, kosmosun fəthi artıq təhlükəyə çevrilib, ərazinin, dövlətlərin və sərhədlərin fəthi uzun əsrlər boyu müharibəyə çevrildiyi kimi, təbiətin amansız fəthi də fəlakətə aparır. Günahkar heç də dinin dediyi kimi cin, şeytan deyil, məhz İnsandır. İnsan həm qurucu, həm də dağıdıcıdır. İnsan düşünmədən öz yuvasını dağıdır. Sonra da kənarda günahkar axtarır.

Bəşəriyyətin xilas yolu Sevgidədir - təbiəti, bir-birini, zəhməti sevməkdədir. İnsanlar arasından qaçmağa çalışan qarşılıqlı Sevgini tutub saxlamaq lazımdır.

Torpağa hörmət lazımdır, qara torpaq həyat mənbəyi - həm məskən, həm də mədfəndir.

Dün kaşı kuzəmi daşlara çaldım,

Sərxoşdum, bilmədim əlimdən saldım.

Kuzə dilə gəlib dedi ki, mən də,

Sənin kimi idim, bu günə qaldım.

Bu rübaidə deyildiyi kimi, biz şəhid qanı suvarılmış, şəhid bədənləri üzərində yaranmış müqəddəs torpağın üzərində gəzdiyimiz unutmamalıyıq.

Torpağı incitməyin,

Asta qazın qəbrimi.

Çiçəkləri əzməyin,

Daşda yazın səbrimi.

Bu dörd misra da mənim son çağırışım, vəsiyyətimdir...

Elə bir zaman gəlib ki, İnsan böyük sınaq qarşısındadır: xəstəliklər, regional və lokal müharibələr, şaxələnmiş dinlər - hamısı İnsan şəxsiyyətini əzir. İnsan bütün təbii və süni fəlakətlərə qarşı dayanmağı bacarmasa, bəşəriyyət məhv olacaq. Öz tarixi və sosial mövcudluğunu qorumaq üçün İnsanın əlində bircə silah var - Mənəviyyat! Tarixin heç bir dövründə Mənəviyyat bu qədər aktual olmayıb. Millətimizi - qədim Türkü fəthdən - fəthə aparan iki amildən biri -  Cəsarət və Mənəviyyat olub. Cəsarət, qəhrəmanlıq mənəviyyatdan - "vətən əxlaqı"ndan (Z.Göyalp) güc alıb. Türk ailəsi türk mənəviyyatının bir institutudur. Onun əsasında Sevgi dayandığına görə o möhtəşəmdir. Türk gəncliyi ağsaqqala hörmət kultu ilə yetişib, şəxsiyyət kimi formalaşıb, cəsur olub. Bu gün həmin kultu texnokrat təsirlərdən, dini cəhalətdən qorumaq lazım gəlir.

Ən qiymətli milli sərvətlərimiz - əxlaqi sərvətlərdir. Əxlaqi sərvətlərin başında "Vətən əxlaqı" dayanır. Sevgi və hüquq olması Vətən əxlaqı da pozula bilər. Hər günü bir ilə bərabər olan 44 günlük Vətən müharibəsinin böyük tarixi Zəfərlə başa çatması məhz vətən əxlaqı sayəsində mümkün oldu. Məhz Vətən əxlaqı gənclərimizi cəsarətlə şəhidliyə apardı.

Vətən əxlaqı insanın varlığına müqəddəs Ana südü ilə daxil olur. Bizim analar - türk xatunları zərif və gözəl bellərində qılınc öz ərləri ilə bərabər, vətən uğrunda qəhrəmanlıqla vuruşublar. Bizim xanımlar ipəkdən yumşaq və poladdan kəskin yaranmış və yaşamışlar. Son zamanlar sərhədlərin açılması, "demokratiya" sayəsində Avropadan sürətlə keçən şoular səbəbindən mənəviyyatımız deportasiyaya uğramaqdadır. Gərək özgənin arxasınca qaça-qaça, özümüzü itirməyək.

Müasir tarix göstərir ki, indi biz öz yaşam qaydalarını yaratmalıyıq. Avropa qaydaları aqressiya ucbatından, özlərinin olmayan Xaçpərəstliyindən, Doğma Şərq isə Xurafat, Cəhalət səbəbindən bizə - Azərbaycana yaramır. Biz 44 günlük Vətən müharibəsində xalqı Zəfər döyüşünə aparan Mənəviyyat enerjisini inkişaf etdirməli və gələcəkdə ona tapınmalıyıq. Digər bir əsas yolunuzu Müzəffər Ali Baş Komandan, Prezidentimiz, böyük diplomat İlham Əliyev deyib: "Bizim ailəmiz Türk dünyasıdır!"

Türk Dövlətləri Təşkilatının (Mən ona "Turan" birliyi deyirəm!) səmərəli fəaliyyəti bizi Vəhdətə - "Qızıl almaya" doğru aparır. Biz  unutmamalıyıq, həmişə hər yerdə qürurla deməliyik ki, Arxamızda Böyük Türk Dünyası dayanır!

Mən həmişə Ulu Bilkə Kağanın (673-732) vəsiyyətini yad edirəm: "Ey türk oğuz bəyləri! Türk xalqı, eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlimədikcə, bil ki, türk ulusu, türk yurdu, türk dövləti, türk törəsi pozulmaz. Su kimi axıtdığn  qanına, dağlar kimi yığdığın sümüyünə layiq ol! Ey ölməz türk ulusu, özünə dön!"

Tarixdə qalmaq, idarəçiliyi əldə etmək üçün "özünə dön"ən vaxtımız yetişib...

Dünyanı iadər etmək missiyası türklərin əlinə keçib. Bu, ədalətlə idarəetmə olacaq. Onu çağdaş türk gəncliyi həyata keçirəcək, bu gənclik "Ortaq türk əlifbası" ilə dərs keçəcək. Bu türkçülükdə böyük bir inqilab, uzun əsrlər yaddaşlarda yatan Turan idealının dirilməsidir.

Böyük romantik şair - filosof Hüseyn Cavid iftixarla demişdir:

Mən bir türkəm dinim, cinsim uludur

Sinəm, özüm atəş ilə doludur.

Ana dilimiz - türk dili bizi həmişə tarixdə qouyub, türklüyümüzü öləziməyə qoymayıb. "Xalqın tarixi və mənşəyi də ilk növbədə onun dilinin tarixi və mənşəyindən başlayır" (Elməddin Əlibəyzadə). Böyük macar alimi A.Vameri isə belə zikr edib. "Millətləri mühafizə edən qalalar, istehkamlar deyil, onların zəngin dilləri və ədəbiyyatlarıdır". Mən ədəbiyyatla məşğul olduğuma görə özümü bəxtəvər hesab edirəm. Çünki bədii ədəbiyyat həm dil, həm mənəviyyat, həm fəlsəfə, həm də gözəllikdir. Ədəbiyyatla məşğul olduğum 50 il ərzində dərk etmişəm ki, ədəbiyyat elə həyatdır, insandır. Dünyanın ən böyük,  ən cəsur, ən ədalətli xalqı türk olduğu kimi dünyanın ən böyük elm və ədəbiyyatı da türk ədəbiyyatıdır - Nizami, Xaqani, Nəsimi, Füzuli, Mirzə Fətəli, Nəvai, Bayğara, İbn Sina, Əl Fərabi, Əl Birunun, Mövlanə Rumi, Yunus Əmrədir... türk ədəbiyyatını İslam fanatizmindən xilas etmək lazımdır.

"Mövhumat bəşər nəslinin ən dəhşətli düşmənidir" deyib böyük maarifçi filosof F.Volter din əvəzinə gen-bol işlənən və tətbiq edilən mövhumat, cəhalət xürafat tarixən olduğu kimi bu gün də Azərbaycanda türkün yenilməz ruhunu zəiflətməkdədir. Dünyanın böyük adamları türklər barəsində çox dürlü kəlmələr işlədiblər: "Tarixdən türklər çıxarılarsa ortada tarix deyilən bir şey qalmaz (Tritz Loymat).

"Mənə türklərdən təşkil edilmiş bir ordu verin, dünyanı əsir götürüm" (Napoleon).

"Türklər savaşmağa başlayarsa, şeytanı cəhənnəmdə əsir götürər" (Çingiz xan).

Mən qürur duyuram ki, belə bir cəsur və qüdrətli millətin oğluyam. Əsas budur ki, türkün varlığından mənəviyyat ilqımlarının ritmini öləziməyə qoymayan, arxayınlaşmaqla özünə güvənmək arasında gözlə görünməyən bir məsafədir. Türklər hiyləgər deyil, uşaq kimi təmiz və sadədir, tez inanandır. Bunlar isə onu arxayınlasdıra bilər...

"Türk balıqqulağının içindəki mirvarini xatırladır, nə qədər ki, o öz qınındadır, heç bir qiyməti yoxdur, lakin balıqqulağının içindən çıxan kimi o qiymətə minir, padşahların taclarını, şahzadə xanımların boyun-boğazlarını və qulaqlarını bəzəyir" (Turan İmperiyasının banisi Alp Ər Tonqa).

Mirvarinin balıqqulağının içindən çıxmaq zamanı yetişib, tarix diqqətlə onu gözləyir. Başlıcası budur ki, həmin mirvarini itirməyək, onu göz bəbəyimiz, ruhumuzun cövhəri Alp ər Tonqa dediyi kimi qoruya bilək. Bu, Türk Dövlətləri Təskilatının (TDT) başlıca vəzifəsidir.

"Ortaq türk əlifbası"nın çox böyük gələcəyi var. Bu perspektivdə türklərin - hazırda dünyada 40 adla yaşayan millətin danışıqsız birləşməsi yoludur. Bu gen birliyi, din birliyi, qan birliyi kimi güclü bir vəhdətdir - Dil birliyi!

Bu dahilər, qəhrəmanlar yetişdirən bir oxu tərzi, şəkli olacaq. Tanrı, İslam və Dünya münasibətlərində Dil böyük rol oynayacaq. Müasir dünyanın ən böyük problemi ünsiyyət problemidir. Sivilizasiyanın birinci göstəricisi ünsiyyət mədəniyyətidir. Ünsiyyət İnsan və Tanrı, İnsan və Cəmiyyət arasında ən zəruri amildir. Təbiətlə ünsiyyət İnsanı yaşadan ən vacib şərtdir Fəqət, bu ünsiyyət doğru və dəqiq olmalı, İnsan təbiətə istehlakçı münasibət bəsləməməlidir. Təbiət bəşər övladının anası mənziləsindədir, ananı isə yalnız sevmək lazımdır. Təəssüf ki, müasir insan sirli-sehrli bir aləmdə yaşadığını dərk edə bilmir. Mifdə oilduğu kimi Ana Təbiətdə də hər şey nağıl kimidir. Təbiəti dərk etməyə İnsanın ambisiyaları maneə olur, torpaq, hakimiyyət, şöhrət, sərvət hərisliyi! İnsan - bu əzəmətli varlıq getdikcə daha çox əşyalardan asılı olur. Qəribədir, bizim insanlar öz müasirlərinıə, vəzifəsinə, sərvətinə görə dəyər verir. Şəxsən mənim üçün pulla alına bilən şeylərin heç bir dəyəri yoxdur: insan sərvətinə və hakimiyyətinə görə yox, fiziki və mənəvi gözəlliyinə, ləyaqət və şəxsiyyətinə görə qiymətlidir. Bir gün dünya fatehi İskəndər çəlləkdə yaşayan filosof Diogenin yanına gəlib deyir: Mən İskəndərəm, sənin üçün nə edə bilərəm?! Filosof ona deyir: - Günəşin qabağını kəsmə, bir az yana çəkil.

Günəşin qabağını kəsməyin insanlar. Çünki "Həpimiz bir günəşin zərrəsiyiz" (A.Şaiq).  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Yanvar 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see144

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see143

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see134

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see133

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see129

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see129

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see126

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see120

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see118

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see117

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see116

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see115

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see112

Bu qurumların “başı dərddə” DTX ya ŞİKAYƏT EDİLDİ KONKRET

22 Aprel 2025 10:14see111

Orlando hava limanında təyyarə yanıb, 300 nəfər təxliyə edilib

22 Aprel 2025 07:59see108

Aysel Vaynşteynin xanımı ilə Foto

22 Aprel 2025 11:05see108

Zaur Kamal efirdə oğlunu belə PƏRT ETDİ

22 Aprel 2025 10:10see108

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see108

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see108

Bu qidalar sizin üçün təhlükə ola bilər

22 Aprel 2025 09:55see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri