525ci qəzet İpoteka kreditlərinə tələbat niyə azalır? | Icma.az
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu ilin üçüncü rübündə Azərbaycanda ipoteka kreditləşməsinə ümumi tələbat azalıb ki, bu da əsasən faiz dərəcələrinin artması ilə əlaqədar bankların daxili ipoteka kreditlərinə tələbatın azalması ilə bağlıdır.
Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə bankların daxili resursları hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sərtləşdirilməsi müşahidə edilib, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) hesabına ipoteka kreditləşməsi qaydaları isə dəyişməyib.
Bankların gözləntilərinə görə, dördüncü rübün yekunlarına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin regional layihələri üzrə mənzillərin kütləvi satışı fonunda ipoteka kreditlərinə tələbat artacaq.
Qeyd edək ki, bu ilin oktyabrında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün dövlət büdcəsindən 87,7 milyon manat vəsait ayrılıb.
Beləliklə, fondun nizamnamə kapitalı 1 milyard manatı ötəcək.
Ümumilikdə, fond yaradıldığı 2017-ci ildən bu günə kimi 3,2 milyard manatdan çox məbləğdə 51 778 ipoteka krediti verib.
Azərbaycanda da güzəştli ipoteka krediti almaq mümkündür. Bu, illik 4 faiz dərəcəsi ilə 3 ildən 30 ilədək müddətə 100 000 manatadək məbləğdə
Tam oxu
Xəbəri oxu