Icma.az
close
up
RU
525ci qəzet İpoteka kreditlərinə tələbat niyə azalır?

525ci qəzet İpoteka kreditlərinə tələbat niyə azalır?

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin üçüncü rübündə Azərbaycanda ipoteka kreditləşməsinə ümumi tələbat azalıb ki, bu da əsasən faiz dərəcələrinin artması ilə əlaqədar bankların daxili ipoteka kreditlərinə tələbatın azalması ilə bağlıdır. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə bankların daxili resursları hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sərtləşdirilməsi müşahidə edilib, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) hesabına ipoteka kreditləşməsi qaydaları isə dəyişməyib.

Bankların gözləntilərinə görə, dördüncü rübün yekunlarına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin regional layihələri üzrə mənzillərin kütləvi satışı fonunda ipoteka kreditlərinə tələbat artacaq.

Qeyd edək ki, bu ilin oktyabrında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün dövlət büdcəsindən 87,7 milyon manat vəsait ayrılıb. Beləliklə, fondun nizamnamə kapitalı 1 milyard manatı ötəcək. Ümumilikdə, fond yaradıldığı 2017-ci ildən bu günə kimi 3,2 milyard manatdan çox məbləğdə 51 778 ipoteka krediti verib.

Azərbaycanda da güzəştli ipoteka krediti almaq mümkündür. Bu, illik 4 faiz dərəcəsi ilə 3 ildən 30 ilədək müddətə 100 000 manatadək məbləğdə verilir. Kreditin verilməsi üçün şərtlərdən biri daşınmaz əmlakın dəyərinin 10 faizi məbləğində ilkin ödənişin ödənilməsidir. Kredit verilərkən borcun ödənilməsi zamanı borcalanın yaşının pensiya yaşından (65 yaş) çox olmaması nəzərə alınır.

Məlumat üçün bildirək ki, hər kəs mənzil almaq üçün kredit götürə bilmir və bu, əsasən gəlirlərin kifayət qədər olmaması ilə bağlıdır.

"Azərbaycan Rieltorlar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Elnur Azadovun sözlərinə görə, bütün banklar daxili vəsaitlər hesabına ipoteka kreditləşməsində iştirak etmir, çünki onların əksəriyyətində kifayət qədər vəsait yoxdur, buna görə də bu il ən fəal olan yalnız iki kommersiya bankı var.

Elnur Azadov bildirib ki, 2022-2023-cü illərdə daşınmaz əmlak qiymətlərinin artması üzündən insanlar öz pul ehtiyatları ilə daşınmaz əmlak ala bilmədiklərindən ipotekaya tələbat artıb. Əksər vətəndaşlar daşınmaz əmlak qiymətlərinin orta hesabla 10 faizdən çox artdığını müşahidə ediblər və fondun faiz dərəcələri təxminən 8 faiz, kommersiya banklarının isə 10 faizə yaxın olduğundan onlar əminliklə ipoteka ilə daşınmaz əmlak almağa üz tutublar.

Ekspertin sözlərinə görə, kommersiya bankları öz vəsaitlərini ipoteka kreditləşməsi üçün istifadə etməyə başlayandan sonra bankların imkanları bu cür kreditlərin kommersiya faydaları kimi azalıb. Bununla əlaqədar olaraq, kommersiya bankları ipotekaların verilməsini azaldıb, dövlət vəsaitlərindən isə bu gün də fəal şəkildə istifadə olunur: “2024-cü ilin əvvəlində İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsinə ayırdığı vəsait fevral və sentyabr aylarında tamamilə tükənib və buna görə də fonda əlavə vəsait daxil olub”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, insanların nağd formada mənzil almağa maddi gücləri çatmadığına görə, kredit üsullarına əl atmağa çalışırlar. Adi ipotekalara tələbatın azalmasına səbəb ipoteka şərtlərinin çətin olması deyil: “Statistikaya nəzər salsaq, görərik ki, son 2-3 il ərzində satılan əmlakların böyük bir hissəsi müxtəlif kredit şərtləri ilə satılıb. Lakin daşınmaz əmlak bazarında kəskin qiymət artımları baş verib.

Hazırda ipoteka predmetinə çevrilə biləcək Bakının mərkəz ərazilərindəki köhnə tipli binalardakı 1 otaqlı mənzillərin satış qiyməti daha baha təklif olunur. Mərkəz və mərkəzə yaxın ərazilərdəki yeni tikililərdə isə 1 otaqlı mənzillərin satış qiymətləri isə təxminən 200 min manat təşkil edir. Sözsüz ki, otaq sayı artdıqca mənzilin ümumi satış qiyməti də artır”.

Ekspertin sözlərinə görə, 4 faizli ipoteka kreditləri üçün maksimal limit 100 min manata qədərdir: "8 faizli ipoteka üçün isə bu məbləğ 150 min manat təyin edilib. Vətəndaşlar təxminən 5-6 il bundan öncə həmin pulla köhnə tikili binalardan 2-3 otaqlı mənzil ala bilirdilərsə, hazırda eyni məbləğlə maksimum 1 otaqlı ev ala bilirlər. Təbii ki, söhbət şəhərin mərkəz ərazilərindən gedir. Kənar yerlərdə bu qiymət nisbətən ucuzdur. Buna görə də vətəndaşlar düşünür ki, 25 il sadəcə 1 otaqlı mənzil üçün kredit ödəmək mənasızdır. Əgər əmlak bazarında yenidən qiymət enmələri müşahidə edilərsə, yalnız bu zaman ipoteka kreditlərinə tələb arta bilər".

İqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə əsasən, ipoteka kreditlərinə tələbat azalıb, lakin bu gün buna təklif ondan da aşağıdır: "Əvvəlki kimi hər kəs ipoteka krediti ala bilməz. Belə ki, əgər əvvəllər, məsələn, 500 ipoteka krediti tələbinə qarşı təklif 100 idisə, bu gün tələb 350-dir, lakin təklif hələ də 100 səviyyəsindədir". İqtisadçı hesab edir ki, ipoteka kreditləşməsinin azalması daşınmaz əmlak bazarına təsir etməyəcək, çünki bazarda təklif hələ də aşağıdır.

Ə.Həsənovun fikrincə, ipoteka kreditlərinə tələb əsasən Azərbaycan əhalisinin ödəmə qabiliyyətinin azalması ilə əlaqədar azalıb: "Əhali ipoteka krediti almaq üçün kifayət qədər gəliri olmadığını başa düşür. Digər tərəfdən, hökumət bu tələbi, məsələn, sosial ipoteka sahəsində süni şəkildə azaldır. Belə ki, bəzi sosial qruplar bu cür ipoteka ala bilənlərin siyahısına daxil edilməyib".

Əmlak Ekspert Mərkəzinin direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Ramil Osmanlının dediyinə görə, mənzil bazarında son 3 ildə qiymətlərin davamlı artımı müşahidə olunur: “Bu artım bu il də davam edir. Düzdür, 2022-2023-cü illərdə artım daha dinamik olub. Bu il isə elə ay olub ki, qiymətlər aylıq ifadədə dəyişməyib. İlin yekununda qiymət artımının ikirəqəmli olacağını gözləmirik, olsa belə, 10 faizdən yuxarı olmayacaq. Ötən 3 rüb ərzində ilin əvvəli ilə müqayisədə təxminən 7,2 faiz artım qeydə alınıb. Bu da demək olar ki, bütünlüklə ilkin mənzil bazarının hesabınadır, təkrar bazarda dəyişiklik olmayıb”.

Ekspert bildirib ki, ipoteka faizlərinin yüksəlməsinin ümumi mənzil bazarındakı qiymətlərə təsiri yox dərəcəsindədir: “Ümumi bazarın həcmində ipoteka kreditləşməsinin payı çox aşağıdır deyə, faizlərin dəyişməsinin bazardakı qiymətlərə əhəmiyyətli təsirindən danışmaq mümkün deyil.

Doğrudur, ipoteka kreditlərinə tələbin artımı müəyyən dövrlərdə qiymətə az da olsa təsir edir, amma bu, uzunmüddətli olmayıb, tez aradan qalxır.

Hesab edirəm ki, bu il daşınmaz əmlak bazarındakı qiymət dəyişmələri əvvəlki iki ildən fərqli olaraq iqtisadi dinamikaya adekvat olacaq. Yəni inflyasiya, iqtisadi artım və digər göstəricilərə uyğun artım olacaq. Əgər əvvəlki illərdə inflyasiya 8-9 faiz olurdusa, mənzil bazarında qiymət artımı 20 faizə qədər yüksəlirdi ki, bu da müxtəlif fikirlər formalaşdırırdı. Fikrimcə, nə qədər ki, ilkin mənzil bazarında fəaliyyət göstərən investorların böyük hissəsi dövriyyə aktivləri ilə deyil, kənar resurslar hesabına işləyəcək, qiymət artımı azalmayacaq”.

Əkrəm Həsənov vurğulayıb ki,  bu gün Azərbaycanda bankların daxili ipoteka kreditləri üzrə standartlar sərtləşib, tələb azalıb. Buna səbəbi insanların ödəniş qabiliyyətinin azalması ilə bağlıdır: “İpoteka krediti uzunmüddətli verilir, bu illər ərzində maaşda və s. problem ola bilər. Bu dəqiqə insanların çoxu qeyri-sabit vəziyyətdir. Ona görə də banklar maraqlıdır ki, ən sadiq, ən etibarlı müştərilərə kredit versinlər. Yəni sərtləşdirmə bununla bağlıdır ki, banklar ən yaxşı müştərilərə kredit verirlər ki, gələcəkdə heç bir problem olmasın. Çünki kreditin ödənilməsində problem yarananda banklar məhkəmələrə düşürlər. Bu da onlara “əl vermir”, yəni istəmirlər”.

O bildirib ki, insanların ödəniş qabiliyyəti gündən-günə pisləşir: “Tələb ona görə azalır ki, insanlar o kreditin onlara verilməyəcəyini başa düşürlər.

Buna görə də müraciət etmirlər. İnsanlar artıq ev problemi yox, çörəkpulu məsələsini düşünürlər ki, ac qalmasınlar. Əvvəllər insanlar fikirləşirdilər ki, işləyəcəklər, maaş artacaq, indi bu yoxdur. Ona görə də heç kəs gedib kreditə girmir və ev almaq istəyənlərin sayı azalır. Onsuz da insanlar başa düşüblər ki, kredit götürə bilməyəcək, götürsələr belə, onun öhdəsindən gəlməyə gücləri çatmayacaq”.

Sevinc QARAYEVA
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Yanvar 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see454

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see224

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see199

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see123

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see118

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see116

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see114

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see113

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see113

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see113

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see112

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see112

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see112

Tədqiqat: Süd Yolunun Andromeda qalaktikası ilə toqquşma ehtimalı daha azdır

04 İyun 2025 12:02see111

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see111

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see110

Bayden bildirib ki, prezidentlik dövründə bütün qərarları özü verib

05 İyun 2025 07:21see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri