525ci qəzet Kəlbəcərin azadlığının 4cü ili | Icma.az
525.az saytına istinadən Icma.az xəbər verir. Pərvanə SULTANOVA[email protected] 2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erm
Düz dörd ildir ki, cənnət güşələrimizdən biri olan Kəlbəcər öz azadlığına qovuşub.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
2020-ci il 27 sentyabrda Ermənistanın cəbhədəki təxribatına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı Vətən müharibəsi 44 gün sonra, noyabrın 10-da ölkəmizin böyük qələbəsi, Ermənistanın ağır məğlubiyyəti ilə başa çatdı.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi.
Lakin Ermənistan tərəfi qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə vaxt istədi.
Azərbaycan dövləti humanistlik nümayiş etdirərək müddəti noyabrın 25-dək uzatdı.
Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Tam oxu
Xəbəri oxu