525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Dünya bina olandan insan yer üzünün əşrəfi sayılıb.
Deyilənə görə, yeri-göyü, füsunkar təbiəti, uzandıqca uzanan gözəlliyi yaradan Tanrı bir boşluğun olduğunu duyaraq insanı xəlq edib ki, dünya öz tamlığına yetsin.
Torpaqdan yoğrulub cisminə can verdiyi ilk insan tək olmasın deyə, Tanrı ona bir yoldaş, həmdəm də qoşmaq niyyətilə daha birini də xəlq edir.
Lakin bu yaratdığı əsla ilk kişiyə heç də bənzəmədi. Daha zərif, daha incə, daha gözəl bir varlıq oldu ki, adına qadın dedilər.
Bir fransız məsəli var: "Qadın istəyəni Tanrı da istəyir". Qadın adına verilən ən bitkin tərifdir, zənnimcə.
Etiraf edim ki, onlarla həmsöhbət olmaq mənə daha maraqlıdır.
Müxtəlif xarakterlərin, hansısa bir məsələyə münasibətdə fərqli düşüncələrin, fikir ayrılıqlarının özü belə, onların simasında eyni bir ada söykənəndə, sanki bir həmrəylik yaranır.
Bu, yaşımızdan asılı olmayaraq hər zaman sevgi və kövrəkliklə andığımız ana adıdır.