525ci qəzet Naxçıvan ədəbi mühiti mövzuideya və dilüslub kontekstində | Icma.az
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu il Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş, yenicə işıq üzü görən kitablardan, obrazlı desək, söz çələnglərindən biri də "Naxçıvan ədəbi mühiti: mövzu-ideya və dil-üslub xüsusiyyətləri" adlı dərs vəsaitidir.
Bəhs etdiyimiz kitabın müəllifi Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsinin Dilçilik kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nicat Əsgər oğlu Yaqubovdur.
Filologiya elmləri doktorları, professorlar Akif İmanlı və Sədaqət Həsənovanın rəy verdikləri kitabın elmi redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Elbrus Vəliyevdir.
Dərslik 156 səhifədən ibarətdir və Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Universitet nəşriyyatı"nda çap olunub.
Kitabda Naxçıvan ədəbi mühitinin yetirməsi olan şairlərin, dəyərli söz adamlarının yaradıcılığı tədqiqat obyekti kimi nəzərdən keçirilmiş və onların dil-üslub xüsusiyyətləri dilçilik elminin prizmasından təhlil edilib.
Eyni zamanda, həmin nümunələrə mövzu və ideya aspektindən toxunulub. Dərslik altı fəsildən ibarətdir.
I fəsil "Naxçıvanlı şairlərin şeirlərində Azərbaycan mövzusu: vətən, yurd, torpaq sevgisi" adlanır.
Tam oxu
Xəbəri oxu