Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İran rejimi legitimliyini itirir ŞƏRH

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

525ci qəzet Naxçıvan ədəbi mühiti mövzuideya və dilüslub kontekstində

525ci qəzet Naxçıvan ədəbi mühiti mövzuideya və dilüslub kontekstində

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş, yenicə işıq üzü görən kitablardan, obrazlı desək, söz çələnglərindən biri də "Naxçıvan ədəbi mühiti: mövzu-ideya və dil-üslub xüsusiyyətləri" adlı dərs vəsaitidir. Bəhs etdiyimiz kitabın müəllifi Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsinin Dilçilik kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nicat Əsgər oğlu Yaqubovdur. Filologiya elmləri doktorları, professorlar Akif İmanlı və Sədaqət Həsənovanın rəy verdikləri kitabın elmi redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Elbrus Vəliyevdir. Dərslik 156 səhifədən ibarətdir və Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Universitet nəşriyyatı"nda çap olunub.

Kitabda Naxçıvan ədəbi mühitinin yetirməsi olan şairlərin, dəyərli söz adamlarının yaradıcılığı tədqiqat obyekti kimi nəzərdən keçirilmiş və onların dil-üslub xüsusiyyətləri dilçilik elminin prizmasından təhlil edilib. Eyni zamanda, həmin nümunələrə mövzu və ideya aspektindən toxunulub.

Dərslik altı fəsildən ibarətdir. I fəsil "Naxçıvanlı şairlərin şeirlərində Azərbaycan mövzusu: vətən, yurd, torpaq sevgisi" adlanır. Müəllifin özünün də vurğuladığı kimi, kitabda 30-a yaxın naxçıvanlı şairin külliyyatından nümunələr tədqiqata cəlb olunub. Bu baxımdan ilk fəslin, müəllifin sözləri ilə desək, ölməz Məmməd Arazın misraları ilə başlaması təəccüb doğurmur. Məmməd Arazın bir neçə şeirinə dilçilik pəncərəsindən nəzər yetirən N.Yaqubov silahların əridilib körpülərə çevrilməsi, yerin bərəkətinin artırılması, insanın Ay və Ulduzları yerə gətirə biləcəyi kimi obrazlar vasitəsi ilə sülh-əmin amanlıq şəraitinin insan potensialını necə inkişaf etdirəcəyini oxuculara çatdıran şairin bədii dilinin təkrarsız xüsusiyyətlərinin gözəlliyindən danışır. Daha sonra müəllif, Vaqif Məmmədovu Məmməd Araz xislətli şair adlandıraraq, onun "Azərbaycan" şeirində sadə və anlaşıqlı dillə ifadə olunan dərin mənanı yüksək qiymətləndirir.

Naxçıvanlı şairlərin yaradıcılığında yurd, vətən sevgisindən danışan alim rəngarəng yaradıcılıq diapazonunun qırmızı xəttini vətən sevgili motivli şeirlər təşkil etdiyini vurğulayaraq Naxçıvan Yazıçılar Birliyinin sədri, şair Asim Yadigarın yaradıcılığına da toxunur. Şairin bir neçə vətən mövzulu şeiri dilçilik nöqteyi-nəzərdən tədqiqata cəlb olunur.

Həmin başlıq altında naxçıvanlı şairlərdən Zeyqəm Vüqar, Şəbnəm Bahar, Rahilə Nuriyeva, Vidadi Loğmanoğlu, Zeynalabdin Novruzoğlu və başqalarının vətən-yurd mövzulu şeirləri təhlil edilib.

Dərsliyin II fəsli "Naxçıvanlı şairlərin şeirlərində Ulu öndərə məhəbbət mövzusu" adlanır. Naxçıvan ədəbi mühitinin mövzu və ideya məsələlərinə həsr olunmuş bir kitabda ayrıca bir başlığın bu mövzuya ayrılması heç də təəccüb doğuran məqam deyil və tədqiqat obyekti kimi nəzərdən keçirilən şeirlər şairlərin subyektiv fikri deyil, xalqın öz dahi oğluna bəslədiyi ümumxalq sevgisinin simvoludur. Vaqif Məmmədovun "Böyük xilaskar" adlı şeirini məharətlə təhlil edən Nicat Yaqubov öz dəsti-xətti ilə seçilən Asif Atəşli, Xanəli Kərimli, Asim Yadigar, Adıgözəl Azərinin bu mövzuya həsr etdiyi sənət nümunələrini də dərs vəsaitində tədqiqat obyektinə çevirib. Nicat müəllim Xanəli Kərimlinin yaradıcılığında Heydər Əliyevlə bağlı "Tanrı elçisi", "Göy adamı", "Sahibi Zaman" kimi ifadələri diqqət mərkəzinə çəkərək şairin zəngin obrazlı dilini yüksək qiymətləndirir.

Kitabın III fəslinin "Dünyada ən uca zirvə anadır" adlandırılmağı da diqqətəlayiqdir. Adından da göründüyü kimi, bu başlıqda naxçıvanlı şairlərin yaradıcılığında ana mövzusu ilə bağlı nümunələr dil-üslub xüsusiyyətləri baxımından araşdırılıb. Bu mövzuda ilk olaraq Məmməd Arazın "Bacım Gülsümə məktub"una diqqət yetirilir. Şeirin ümumi təhlili ilə yanaşı, "İlk dəfə anamsız açdım səhəri", "Başqa nəğməlidir bulaqlar indi", "Qoz ağacının dibindəki cəhrə", "Yarpız tamı", "Nanənin ətri" kimi ifadələrin təhlilinə xüsusi yer verilib. Növbəti nümunə kimi Qanun Ümmanın "Ana haqqı - Tanrı haqqı" şeiri tədqiq olunub. Eyni zamanda alim bu mövzuya müraciət etmiş şairlərdən Şəbnəm Bahar, Adıgözəl Azərinin bədii yaradıcılıq örnəklərinin dil-üslub xüsusiyyətlərinin mahiyyətinə aydınlıq gətirib.

IV fəsildə naxçıvanlı şairlərin əsərlərində Naxçıvan mövzusu araşdırılıb. Asim Yadigarın "Naxçıvan  - göz nurum", "Duzdağ", Vaqif Məmmədovun "Sədərək qalası", "Dəyanət dəmiydi, qeyrət dəmiydi", Xanəli Kərimlinin "Naxçıvanım mənim", Asif Novruzovun "Mərhəmnamə", Zeynalabdin Novruzoğlunun "Naxçıvan", "Batabatda", Əbülfəz Muxtaroğlunun "Şahbuz",  Rahilə Nuriyevanın "Naxçıvan", Həsənəli Eyvazlının "Naxçıvana gəl", Əbülfəz Zeynaloğlunun "Şahbuzum mənim" şeirləri dil və üslub xüsusiyyətləri aspektindən geniş şəkildə təhlil olunub. Müəllifin sözləri ilə desək, inkaredilməz faktdır ki, hər bir şair ilk yaradıcılığında gileyli-güzarlı məhəbbətdən söz açır. Bir az sonra bu və ya digər şair dar çərçivəli sevgi sərhəddini aşır, ana, vətən, torpaq, yurd məhəbbətindən yazır.

Elə bununla bağlıdır ki, "Naxçıvan ədəbi mühiti: mövzu-ideya və dil-üslub xüsusiyyətləri" kitabının V fəsli "Naxçıvanlı şairlərin şeirlərində saf məhəbbət, ülvi sevgi mövzusu" adlanır. Qanun Ümmanın "Axa-axa yaşayım" şeirinə nəzər salan alim onu saf və dərin məhəbbət hissinin poetik üslubda ifadə olunduğu nümunə kimi qiymətləndirir. Müəllifin "Köçüb ürəyində yaşayacağam" şeiri isə yüksək bədii ifadə vasitələri, bənzətmə, metafora, mübaliğə ilə zəngin əsər olaraq oxucuların diqqətinə çatdırılır. Gənc yaşlarında nakam məhəbbətin "gülləsinə" tuş gələn müəllim-şair Əbülfəz Muxtaroğlunun bu mövzudakı şeirlərini təhlil edən N.Yaqubov bədii vasitələrdən məharətlə istifadə edən şairin duyğularını mübaliğə, metafora və simvolizmin köməyi ilə daha güclü şəkildə oxucuya çatdırdığını qeyd edir. Daha sonra Şəbnəm Baharın "Nakam məhəbbət" adlı şeirini təqdim edərək gənc şairin yaradıcılığının unikallığını bu nümunə əsasında bir daha vurğulayır. Tural Atəşin "Mən belə məhəbbət istəməmişdim" şeirini dərin və emosional bir əsər olaraq təqdim etməklə bərabər, şairin bu şeirin əsasında mövzu ilə bağlı görüş və ideyalarını xırdalayaraq oxuculara təqdim edir. Z.Vüqarın məhəbbət mövzulu şeirləri üçün sadə, lakonik və təsirli dilini, sevginin dərinliyini və onun müxtəlif yönlərini vurğulamaq baxımından əhəmiyyətli sayır. Sonra isə hələ uşaq yaşlarından bədii yaradıcılıqla məşğul olan şair Ramiz Babayevin şeirlərini alim araşdırma mövzusuna çevirir, şairin poetik dili və təsvirləri əsərlərinin emosional yükünü artıran vasitə olaraq dəyərləndirir.

Kitabın VI - sonuncu fəsli "Naxçıvanlı şairlərin əsərlərində didaktik məzmunlu şeirlər" adlanır. Didaktika sözünün mənası və mənşəyini izah edən alim daha sonra Məmməd Arazın eyni məzmunlu bədii nümunələrinə nəzərə yetirərək onların dərin məna və hikmətlərlə dolu olduğunu qeyd edir. Həmin şeirlərdəki "birlik dirlikdədir", "tək əldən səs çıxmaz" kimi xalq dilindən poeziya dilinə axan dəyərli ifadələri xüsusi olaraq vurğulayır. Vaqif Məmmədovun mənəvi tərbiyə aşılayan şeirlərindən "Ağlama, bacı, ağlama" onun yazdığı didaktik məzmunlu nümunə kimi qiymətlidir. Müəllif özünə xas üslubu ilə fərqlənən şair Elxan Yurdoğlunun yaradıcılığını yüksək qiymətləndirərək onun didaktik üslublu, mənəvi tərbiyəyə həsr olunmuş şeirlərini təhlilə cəlb edir. Şairin yaradıcılığının dil-üslub xüsusiyyətləri baxımından spesifik cəhətləri kimi onun bənzətmələri: metonimiya, metafora, təşbehlərinin tamamilə fərqli, unikal özəlliklərə malik olduğunu yazır. Eyni zamanda Asim Yadigarın "Vur komandir" şeiri haqqında naraqlı təhlillər ortaya qoyulur. Həmçinin şairin "Qisas qiyamətə qalmaz" poemasının didaktik məzmun nöqteyi-nəzərdən daha çox diqqət cəlb etdiyi nümunələr əsasında təqdim olunur.

Sonda ümumiləşdirmə apararaq demək mümkündür ki, kitab dilçilik elminə dair aparılmış maraqlı araşdırmaların təzahürü kimi bu elm və onun mütəxəssisləri, o cümlədən, həmin sahə üzrə təhsil alan potensial tədqiqatçılar üçün xüsusi əhəmiyyətə malik faktlar məcmusudur. Bu baxımdan Azərbaycan dilçilik elmi, o cümlədən Naxçıvan dilçilik məktəbinin hazırkı və gələcək nümayəndələrinin araşdırmalarına işıq tutmaq məqsədi ilə ərsəyə gətirilmiş əsər Nicat Yaqubovun müvəffəqiyyətlə öz məqsədinə çatdığının göstəricisidir.  

Rüzgar CAMAL,
AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Noyabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see306

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see223

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see191

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see188

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see174

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see174

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see167

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see164

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see157

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri