Icma.az bildirir, 525.az saytına əsaslanaraq. Çinarə RZAYEVA Filologiya üzrə fəlsəfə doktoru, dosent Qədim dil faktlarını qoruyub saxlayan,
Ədəbi dildə işlənmə funksiyasını itirən sözlərin, demək olar ki, böyük bir qismi şivələrdə qorunub saxlanılır.
Ona görə də şivələrdə işlənən sözlərin toplanması, təhlil və tədqiq edilməsi çox önəmli və vacib məsələlərdəndir.
Hər bölgənin özünə aid şivələri olduğu kimi, Naxçıvan bölgəsinin də zəngin şivə materialı vardır.
Naxçıvan əhalisinin dilindən süzülüb gələn bu xəzinə filologiya elmləri doktoru, dosent Nuray Əliyeva tərəfindən araşdırılaraq, bu günlərdə işıq üzü görən "Naxçıvan şivələri" adlı monoqrafiyada oxuculara təqdim olunub.
İki cilddə çap olunması nəzərdə tutulan monoqrafiyanın birinci cildi Nuray Əliyevanın uzun illər çöl ekspedisiyalarına verdiyi əməyin bəhrəsidir.
Bu baxımdan Nuray Əliyevanın oxuculara təqdim etdiyi "Naxçıvan şivələri" adlı monoqrafiyası çox dəyərli əsərdir.
Elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, rəyçilər filologiya elmləri doktoru, professor İbrahim Bayramov (ön sözün müəllifi), filologiya elmlər doktoru, professor Məhərrəm Məmmədlinin olduğu bu monoqrafiya giriş, 3 fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.