Icma.az
close
up
RU
525ci qəzet Naxçıvan şivələri haqqında dəyərli monoqrafiya

525ci qəzet Naxçıvan şivələri haqqında dəyərli monoqrafiya

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Çinarə RZAYEVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Qədim dil faktlarını qoruyub saxlayan, mühafizə edən əsas amillərdən biri şivələrdir. Ədəbi dildə işlənmə funksiyasını itirən sözlərin, demək olar ki, böyük bir qismi şivələrdə qorunub saxlanılır. Ona görə də şivələrdə işlənən sözlərin toplanması, təhlil və tədqiq edilməsi çox önəmli və vacib məsələlərdəndir.

Hər bölgənin özünə aid şivələri olduğu kimi, Naxçıvan bölgəsinin də zəngin şivə materialı vardır. Naxçıvan əhalisinin dilindən süzülüb gələn bu xəzinə filologiya elmləri doktoru, dosent Nuray Əliyeva tərəfindən araşdırılaraq, bu günlərdə işıq üzü görən "Naxçıvan şivələri" adlı monoqrafiyada oxuculara təqdim olunub. İki cilddə çap olunması nəzərdə tutulan monoqrafiyanın birinci cildi Nuray Əliyevanın uzun illər çöl ekspedisiyalarına verdiyi əməyin bəhrəsidir. Bu baxımdan Nuray Əliyevanın oxuculara təqdim etdiyi "Naxçıvan şivələri" adlı monoqrafiyası çox dəyərli əsərdir.

Elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, rəyçilər filologiya elmləri doktoru, professor İbrahim Bayramov (ön sözün müəllifi), filologiya elmlər doktoru, professor Məhərrəm Məmmədlinin olduğu bu monoqrafiya giriş, 3 fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

Müəllif birinci fəsildə Naxçıvan şivələrinin fonetikasını 4 paraqrafa, hər paraqrafı da bəndlərə bölərək tədqiqata cəlb edib. Bu fəsildə Nuray Əliyeva çox maraqlı dialekt faktlarını seçib və təhlilini verib. Bu sıradan bizim də diqqətimizi - sö:pət (söhbət), go:l (könül), Ə:z (Əziz), lə:z (ləziz), u:n (onun) və digər sözlər çəkdi. Bu şivə sözləri, ilk eşidəndə, təbii ki, ilkin mənasını anlamaqda bir qədər çətinlik yaranır. Monoqrafiyada yer alan bütün şivə sözlərinin qarşısında ədəbi dil variantı verildiyinə görə oxuyanda çətinlik çəkmirsən. Bu da monoqrafiyanın müsbət cəhətlərindən biridir. Məlumdur ki, dialekt və şivələri bir-birindən fərqləndirən cəhətlərdən biri fonetik hadisələrin baş verməsidir. Bunu nəzərə alan müəllif monoqrafiyada Naxçıvan şivələrinin fonetikasını - saitlər və samitlərə, fonetik qanun və hadisələrə xas olan xüsusiyyətləri çox orijinal şəkildə təhlil edərək, nümunələri yerli-yerində göstərərək belə nəticəyə gəlir ki, "Naxçıvan şivələri özünəməxsus fonetik xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərin bir qismi dilimizin digər şivələrində də özünü göstərsə də, böyük bir hissəsi bölgə şivələrinə xasdır və Naxçıvan bölgəsinin əhalisinin danışığını digər bölgələrin danışığından fərqləndirməyə imkan verir. Nəticədə isə eyni sözün hər bir bölgə üçün fərqli fonetik variantları meydana çıxır".

"Naxçıvan şivələri" adlı monoqrafiyanın ikinci fəslində əsas və köməkçi nitq hissələri araşdırılır. Bir neçə paraqraf və bənddən ibarət olan bu fəsildə yeni və maraqlı faktlara və nümunələrə rast gəldik. Bu monoqrafiyanı oxuyanda elə dil faktları ilə qarşılaşdıq ki, onlara, naxçıvanlı olub Naxçıvanda yaşamağımıza baxmayaraq, ilk dəfə rast gəlirdik. Ona görə bu monoqrafiyanı dönə-dönə oxudum. İlk dəfə rastlaşdığım, şivələrimizdə işlənən həmin sözlərdən bir neçəsini oxucuların da diqqətinə çatdırmaq istəyirəm. Məsələn, keşir (kök), lopa (içərisinə duz doldurulub yumrulanmış və benzinə batırılmış, kürəyə banka salmaq üçün istifadə olunan əski), ayanat (köməklik, yardım), sağanax (ələyin kənarının dairəvi taxta hissəsi), çəxməduz (çəkməçi), gözdəx (aşırım) və s.

Lopa sözünü oxuyanda ilk ağıla gələn mənası qar olur. Çünki qar iri-iri yağanda deyirik lopa-lopa qar yağır. Bu monoqrafiyaya görə lopa sözünün şivələrdə fərqli mənada işlənməsini də müşahidə etdik. Bölgələrimizi qarış-qarış gəzmədən də bu əsər vasitəsi ilə o bölgələrin şivəsi ilə yaxından tanış olmaq mümkündür. Burada eyni zamanda Naxçıvan şivələrinin özünəməxsus xüsusiyyətlərinin olduğunu da görürük. Tədqiqatçı bu xüsusiyyətləri belə izah edir: "Leksik şəkilçilərdə, kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyalarının şəkilçilərində, mənsubiyyət şəkilçisi qəbul etmiş isimlərin hallanmasında, əvəzliklərin hallanmasında, sıra saylarında, sifətin dərəcələrində, feillərin təsriflənməsində, köməkçi nitq hissələrində özünü göstərir.

Üçüncü fəsildə Naxçıvan şivələrinin sintaksisi təhlil edilir. Bu fəsildə sintaksisin tədqiqat obyektlərindən olan söz birləşmələri diqqəti daha çox cəlb edir. Məsələn, ət torpaq (qeyri-məhsuldar torpaq), naxır əyağı (axşam çağı), it sarımsağı (yabanı bitki), tərs gün (üçüncü gün) və s. Naxçıvanın hər guşəsindən toplanan bu kimi qiymətli dialek faktları xalqın tarixi inkişaf mərhələlərini özündə yaşadır.

Bu əsəri daha əhəmiyyətli edən cəhətlərdən biri də Naxçıvan şivələrinin  "Kitabi-Dədə Qorqud" və "Dastani-Əhməd Hərami", Ş.İ.Xətai, İ.Nəsimi, M.Füzuli, Kişvəri, M.P.Vaqif və b. şairlərin dilindən örnəklər göstərilməklə dil tariximizlə-müqayisəli şəkildə izah edilməsidir. Məsələn, müəllif şivələrdə sözlərin birləşməsi nəticəsində səslərin düşümünü (necoldu-necə oldu, nolsun-nə olsun, nəşim var-nə işim var və s.) izah edərkən klassik ədəbiyyatımızın görkəmli nümayəndələrinin əsərlərindən nümunələr göstərərək bu hadisənin tarixən də dilimizdə geniş şəkildə işlənməsini göstərməyə çalışır:

Gözünə netdim mən, ey arami-can,

Durmadan qaşına yavuzlar məni (İ.Nəsimi)

Ey Füzuli, nola gər saxlar isəm canı əziz,

Vəqt ola kim, ola ol şuxi-sitəmkarə fəda (M.Füzuli)

Şah Xətayim aydır: - Sən qulun nedər?

Gözəl dünyasını tərk edər, gedər   (Ş.İ.Xətai)

Monoqrafiyanın digər müsbət yönlərindən biri də tədqiqat zamanı müəllifin həm Azərbaycanın digər bölgələrinin, həm də türk xalqlarının şivələrindən də gətirdiyi nümunələrlə müqayisələr aparmasıdır.

Maraqlı, orijinal və qiymətli nümunələrlə zəngin olan bu monoqrafiya Azərbaycanın, o cümlədən də, türk dillərinin, onların dialekt və şivələrinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Bu münasibətlə müəllifi, filologiya elmləri doktoru Nuray Əliyevanı təbrik edir, ona elmi fəaliyyətində uğurlar arzulayır, monoqrafiyanın ikinci cildini də səbirsizliklə gözlədiyimizi bildirmək istəyirik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Dekabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri