525ci qəzet Özəl pensiya fondlarının yaradılması nəyi dəyişəcək? | Icma.az
Icma.az bildirir, 525.az portalına istinadən. Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına hazırlıq gedir.
Bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.
Özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir.
Bununla da vətəndaşlar pensiya kapitalının bir hissəsini özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcək.
Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək.
Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək.
Birbaşa götürüləcək pensiya ödənişinin 50-70 faiz civarında ola biləcəyi bildirilir.
Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.
Tam oxu
Xəbəri oxu