525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. “525-ci qəzet”də ilk yazım çap olunmuşdu.
Bir neçə köşk gəzdikdən sonra, nəhayət, yazımın çap olunduğu qəzeti əldə etdim və həmin an sevincimin həddi-hüdudu yox idi.
Keçirdiyim sevinc hissini sözlə ifadə etmək çətindir. Bu hissi heç vaxt unuda bilmərəm. Qəzetdəki ilk yazım nənəmlə müsahibəm idi.
Şuşa haqqında suallar verirdim, o isə doğma yurdu, el-obası barədə danışırdı.
Onun hər sözü mənə Şuşanın gözəlliyini, o torpağa olan sevgisini aydın şəkildə təsvir edirdi.
Nənəmin səmimi danışığı yazıma xüsusi ruh qatmışdı. Bu sevinci ilk olaraq nənəmlə bölüşmək qərarına gəldim.
Qəzeti götürüb onun yanına yollandım. Nənəm qəzeti əlinə alıb məqaləni oxuyarkən gözlərində qürur dolu sevinc hiss etdim.
Məni qucaqlayıb dedi: “Artıq inanıram ki, sən yazılarınla hər bir mövzuya münasibətini bildirə biləcəksən”.