Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

525ci qəzet Qəzetdə ilk yazımın sevinci

525ci qəzet Qəzetdə ilk yazımın sevinci

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“525-ci qəzet”də ilk yazım çap olunmuşdu. Bir neçə köşk gəzdikdən sonra, nəhayət, yazımın çap olunduğu qəzeti əldə etdim və həmin an sevincimin həddi-hüdudu yox idi. Keçirdiyim sevinc hissini sözlə ifadə etmək çətindir. Bu hissi heç vaxt unuda bilmərəm.

Qəzetdəki ilk yazım nənəmlə müsahibəm idi. Şuşa haqqında suallar verirdim, o isə doğma yurdu, el-obası barədə danışırdı. Onun hər sözü mənə Şuşanın gözəlliyini, o torpağa olan sevgisini aydın şəkildə təsvir edirdi. Nənəmin səmimi danışığı yazıma xüsusi ruh qatmışdı.

Bu sevinci ilk olaraq nənəmlə bölüşmək qərarına gəldim. Qəzeti götürüb onun yanına yollandım. Nənəm qəzeti əlinə alıb məqaləni oxuyarkən gözlərində qürur dolu sevinc hiss etdim. Məni qucaqlayıb dedi: “Artıq inanıram ki, sən yazılarınla hər bir mövzuya münasibətini bildirə biləcəksən”.

Onun sevincdən dolmuş gözləri məni daha da ruhlandırdı. Axırda isə, nənəm gülümsəyərək: “Axarınca olsun!” dedi. Bu sözlər mənim üçün ən dəyərli təbrik idi.

Həmin an anlamışdım ki, yazmaq təkcə öz hisslərimi ifadə etmək deyil, həm də başqalarının duyğularını çatdırmaq, onların həyatını əks etdirməkdir.

Sevincimi bu gün də yaşayırmış kimi hiss edirəm. İlk müsahibəmi götürmək mənim üçün həm həyəcanlı, həm də məsuliyyətli idi. Məqaləm qəzetdə çap olunduqdan sonra gələn zənglər, eşitdiyim xoş sözlər məni bir daha ruhlandırdı. Mənim üçün ən dəyərli məqam isə nənəmi sevindirmək idi.

Söz insandan qalan ən qiymətli mirasdır. Sözün gücünün qılıncdan iti olduğunu bilirəm. Mən həmişə sözümün kəsəri ilə tanınmaq, biliyim və düşüncəmlə qalib gəlmək istəmişəm. Nənəmlə müsahibə zamanı onun verdiyi məlumatlar məni dərindən düşündürdü. Şuşanın mədəniyyət mərkəzi olması, orada yaşayan insanların yüksək mədəniyyətə malik olmaları, qarşılıqlı münasibətlərin səmimiliyi və ruh yüksəkliyi çox təsiredici idi. İnsanların əhval-ruhiyyəsi yoluxucu bir enerji daşıyırdı, sanki hər kəs bir-birindən öyrənirdi.

Nənəmin danışdığı xatirələr və dərin bilgilər məni valeh edirdi. O, Şuşanın tarixindən, mədəniyyətindən və 1970-1980-ci illərdə Ulu öndər Heydər Əliyevin Şuşaya etdiyi səfərlərdən danışırdı. O vaxt Heydər Əliyev Cıdır düzündə xalqla bir araya gələrdi. Nənəm xalqımızın adət-ənənələri, qonaqpərvərliyi və mənəvi zənginliyi barədə də çox danışırdı. O, Xurşidbanu Natəvanın fəaliyyətini xüsusi vurğuladı. Natəvanın Şuşaya su kəməri çəkdirməsi, istedadlı insanlara yardım etməsi və qonaqpərvərliyi bizim üçün böyük bir nümunədir. Hətta bu gün də Natəvanın tikdirdiyi bəzi abidələr Şuşada qalır. Onun fəaliyyəti, milli geyimi və insanlara olan diqqəti tariximizin ən parlaq səhifələrindəndir.

İnsanların belə dəyərli həyatları bizim üçün örnək olmalıdır. Hər yazımda xalqıma faydalı olmaq, cəmiyyətə düzgün məlumatlar vermək, haqqın tərəfini tutmaq istəyirəm.

Bu kiçik uğurum üçün mən nənəmə, müəllimlərimə və valideynlərimə borcluyam. Onların dəstəyi sayəsində ilk yazımı ərsəyə gətirdim. Müqəddəs “Qurani-Kərim”də də deyilir ki, insanın qəlbindən gələn söz Allah qatında eşidilir. Mən də çalışacağam ki, sözlərim səmimi olsun, xalqıma xeyir gətirsin və daim doğru yolda qərar tutum.

Hər bir yazı bir addımdır. Mən isə bu yolda yalnız yazılarım və düşüncələrimlə irəliləmək istəyirəm. Çünki yazı, qəlbdən gələn həqiqəti dünyaya çatdırmağın ən gözəl yoludur.

Nəzrin Dadaşova

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Dekabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri