525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pərvanə SULTANOVA[email protected] Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.
Dövlət başçısı müsahibədə bir çox mühüm məsələlərə toxunub, regional və beynəlxalq gündəmin əsas mövzuları ilə bağlı mövqeyini açıqlayıb, vacib mesajlar səsləndirib.
Dövlət başçısının fikirləri təkcə ölkədə deyil, beynəlxalq müstəvidə də böyük maraqla qarşılanıb və müzakirə mövzusuna çevrilib.
Prezident Ermənistanla sülh sazişi, buna mane olan məqamlar barədə danışaraq, sülh sazişi sənədinin 17 maddəsinin 15-nin razılaşdırıldığını, ikisinin razılaşdırılmadığını deyib.
Rəsmi Bakı ilk dəfə olaraq həmin maddələri açıqlayıb. Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır.
Dövlət başçısı hesab edir ki, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir.
Ermənistan işğal illərində Azərbaycana 150 milyard dollardan çox zərər vurub.