Icma.az
close
up
RU
525ci qəzet Razılaşdırılmayan iki müddəa Bakının iki şərti

525ci qəzet Razılaşdırılmayan iki müddəa Bakının iki şərti

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib. Dövlət başçısı müsahibədə bir çox mühüm məsələlərə toxunub, regional və beynəlxalq gündəmin əsas mövzuları ilə bağlı mövqeyini açıqlayıb, vacib mesajlar səsləndirib.

Dövlət başçısının fikirləri təkcə ölkədə deyil, beynəlxalq müstəvidə də böyük maraqla qarşılanıb və müzakirə mövzusuna çevrilib.

Prezident Ermənistanla sülh sazişi, buna mane olan məqamlar barədə danışaraq, sülh sazişi sənədinin 17 maddəsinin 15-nin razılaşdırıldığını, ikisinin razılaşdırılmadığını deyib. Rəsmi Bakı ilk dəfə olaraq həmin maddələri açıqlayıb. Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Dövlət başçısı hesab edir ki, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Ermənistan işğal illərində Azərbaycana 150 milyard dollardan çox zərər vurub. Ona görə də qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir.

Digər maddə başqa ölkələrin nümayəndələrini sərhədimizdə yerləşdirməməklə bağlıdır. Prezident bunun bizim üçün niyə vacib olduğuna da aydınlıq gətirib: “Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq... İki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir”.

Amma bunlar hamısı deyil. Erməni tərəfi daha iki şərtə əməl etməlidir. Birincisi, öz Konstitusiyasını dəyişməlidir, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi formal mövcud olan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycanla birlikdə ATƏT-ə müraciət etmək.

Prezident bəyan edib ki, bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev mövzu ilə bağlı “525”ə deyib ki, Prezident İlham Əliyevin Rusiya mətbuatına müsahibəsində ən mühüm məsələlərdən biri sülh sazişi və sazişin imzalanması üçün hansı maddələrin razılaşdırılmaması, eyni zamanda Ermənistan tərəfin buna münasibətinin nədən ibarət olmasının şərhidir: “Dövlət başçısı qeyd etdi ki, 17 bənddən 15-i razılaşdırılıb, sülh sazişində çox ciddi irəliləyiş var. Sadəcə olaraq bir sıra şərtlər var ki, onları yerinə yetirmək çox mühüm məsələdir. Bunlardan biri təbii ki, beynəlxalq iddialardan kənarda dayanmaqdır. Məlum məsələdir ki, Azərbaycan tərəfinin 4 il ərzində araşdırması nəticəsində artıq ortada sənəd var ki, Ermənistan tərəfi Azərbaycana 150 milyard dollardan çox ziyan vurub. Əgər Ermənistan hər hansı bir iddia irəli sürərəsə, məhz bu fakt gündəmdə olacaqdır. Bu məsələlərdə qarşılıqlı razılaşmanın əldə olunması üçün addımar atılmalıdır. Eyni zamanda, Ermənistan öz Konstitusiyasını birmənalı şəkildə dəyişdirməlidir. Çünki həmin sənəddə Azərbaycana qarşı ərazi iddiaları var, tək Azərbaycana deyil, digər dövlətlərə qarşı da belə iddialar mövcuddur. Konstitusiyanın dəyişdirilməsi ciddi və obyektiv bir şərtdir. Çünki hətta sülh sazişinin imzalanması Ermənistan parlamentində ratifikasiya olunsa, bu məsələnin əleyhinə səs vermək mümkündür. Ona görə də bu məsələni əvvəlcədən həll etməlidirlər”.

Komitə sədri deyib ki, əsas şərtlərimizdən biri təbii ki, ATƏT-in Minsk qrupunun ləğvidir: “Bu qrup illərlə deklorativ bəyanatlar verməkdən o tərəfə keçməyib. Eyni zamanda, sülhün bərqərar olması üçün hər hansı bir addım atmayıb, sadəcə olaraq fəaliyyəti formal xarakterdə ancaq açıqlamalar vermək olub, Qarabağ məsələsinin həllində isə heç nə etməyib. Bunların məramı, məqsədi məhz müharibənin dayandırılması, eyni zamanda sülhün bərqərar olması idisə, biz bunu artıq özümüz həll etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirmişik. Həmin qrupda təmsil olunan dövlətlər, xüsusilə Fransa hər zaman Ermənistanın tərəfində olub. Yəni Minsk qrupu öz funksiyasını itirib, lakin buna baxmayaraq, ermənilər ciddi-cəhdlə çalışırlar ki, Minsk qrupunun həmsədrliyi qalsın, guya ki, sülh müqaviləsinin imzalanması benəlxalq səviyyəli hansısa bir qurum vasitəsilə həyata keçirilsin. Biz bunun tam əleyhinəyik, Ermənistan da bunu ciddi şəkildə düşünməlidir. Bizim əsas şərtlərimiz bundan ibarətdir – Konstitutsiya dəyişikiyi, Minsk qrupuna hüquqi cəhətdən son qoyulması”.

Deputat başqa bir mühüm məsələ olaraq silahlanmanı, sərhəddəki missiyanı vurğulayıb: “Təsəvvür edin ki, sərhədə yığılan vizual kəşfiyyatçılar həm də hücum silahları gətirirlər, onlar sadəcə binokl diplomatiyası deyil, silahlandırma ilə də məşğuldurlar. Bu da məlum məsələdir ki, əsas şərtlərimizdən biridir ki, həmin silahlı qüvvələr ordan yığışdırılmalıdır. Əks halda, bizim öz suverenliyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün hərtərəfli imkanlarımız var”.

Deputat əlavə edib ki, Ermənistan büdcəsində hərbi büdcə 1,7 milyard dollar nəzərdə tutulub: “Lakin burda istər Fransadan, istər Hindistandan, istər Yunanıstandan və Ermənistanın havadarları olan digər dövlətlərdən gətirilən silahlar, onların vəsaitləri nəzərə alınmır. Görün onlar hansı addımları atır və hansı militiarist  büdcə ilə məşğuldurlar. Ona görə düşünürəm ki, əgər 2026-cı ildə Emənistanda keçiriləcək seçkiləri də, Paşinyan hakimiyətini də nəzərə alsaq, sülh sazişinin imzalanması məhz bizim diktə etdiyimiz, ortaya qoyduğumuz şərtlərdən keçəcəkdir”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli isə “525”ə deyib ki, dövlət başçısı öz müsahibəsində sülh sazişində razılaşdırılmayan iki bəndi açıqladı. Bunlardan biri qarşılıqlı olaraq beynəlxalq məhkəmələrə ünvanlanan iddialardan imtina etməklə bağlıdır: “Bu, bizim üçün ona görə vacib və əhəmiyyətlidir ki, beynəlxalq məhkəmələrdə hüquqi çəkişmələr on illərlə davam edə bilər və belə hal Azərbaycan dövləti, diplomatiyası üçün izafi yükdür, əlavə problemlərdir. Onu da nəzərə alsaq ki, bir sıra dairələr, dövlətlər var ki, Ermənistanla Azərbaycan arasındakı hüquqi çəkişmələrdən məhz ölkəmizə qarşı gələcəkdə mütəmadi olaraq istifadə etməyə çalışacaq. Bu, eyni zamanda iki ölkə arasında, regionda davamlı sülhün formalaşmasına da mənfi təsir göstərən neqativ amil, faktordur. Açığı, bizim bu şərtimiz müəyyən mənada Ermənistan üçün də kompromis variantdır və qəbuledilən olmalıdır. Çünki Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb, dövlət başçısının da müsahibəsində qeyd etdiyi kimi, hesablamalara görə, 150 milyard dollardan çox zərər vurub. Əgər bu iddiaları davam etdirsək, Ermənistan üçün də əlavə problemlər yaradacaq. Ona görə də Prezidentin vurğuladığı kimi, bizim mövqeyimiz ondan ibarətdir ki, qarşılıqlı olaraq məhkəmə iddialarından imtina edək. Bu, sülh prosesinə yalnız müsbət təsir göstərə bilər”.

Üçüncü qüvvələrlə bağlı ikinci müddəaya gəlincə, ekspert bildirib ki, regionda kənar qüvvənin Ermənistanda hərbi siyasi mövcudluğu Cənubi Qafqazın təhlükəsizlik mühitinə yalnız mənfi təsr göstərir. Konkret olaraq Azərbaycan Ermənistan şərti sərhədində iki ildən artıq müddət ərzində Avropa İttifaqı müşahidə missiyası fəaliyyət göstərir: “Mülki müşahidə missiyası olsa da, hərbləşdirilmiş qüvvəyə çevrilir. Yəni orda artıq müxtəlif dövlətlərin hərbçiləri, kəşfiyyatçıları təmsil olunurlar. Onların fəaliyyətinə nəzər salsaq görərik ki, regionda sülhə xidmət etmirlər. Ümumilikdə üçüncü qüvvənin Ermənistan ərazisində olması, xüsusilə Azərbaycanla şərti sərhəddə mövcudluğu iki ölkə arasında əlavə problemlər yarada bilər. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regionda üçüncü qüvvələrin hərbi siyasi mövcudluğu olmasın”.

Ekspert sülh müqaviləsinin imzalanması üçün Bakının iki şərtinə də toxunub: “Ermənistan ilk növbədə Konstitusiya dəyişikliyinə getməlidir. Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən Konstitusiyanın preambula hissəsini dəyişdirməlidir. Bu dəyişmədən hesab edirik ki, iki ölkə arasında davamlı sülhü əldə etmək mümkün deyil. Sülh müqaviləsi imzalansa belə, Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən qanunvericilik sənədləri qalsa, hakimiyyətə gələn yeni qüvvələr  həmin sənədlərə istinad edib, yenidən Azərbaycanla münaqişəyə, müharibəyə gedə bilərlər və bu, bir növ münaqişə ocağı ehtiva edən məqamdır. Azərbaycan sülhün davamlı olmasında maraqlıdır, bunun üçün də ilk növbədə Ermənistan Azərbaycana qarşı ərazi iddialarından qanunvericilik səviyyəsində imtina etməlidir”.

M.Məmmədli əlavə edib ki, dövlət başçısı ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı məsələyə də toxundu: “Bu, münaqişənin həlli məqsədi ilə bağlı yaradılmış beynəlxalq format idi. Münaqişə həll olunub, buna görə də artıq belə bir beynəlxalq strukturun qalmasına ehtiyac yoxdur. Azərbaycanın mövqeyi məntiqə əsaslanır. Faktiki olaraq işləməyən bu formatın Ermənistana təklif edirik ki, onun hüquqi olaraq ləğvi ilə bağlı birgə addım ataq. Təəssüf ki, Ermənistan bu məsələdə də qeyri-müəyyən mövqeyini davam etdirir”.

Növbəti il üçün proqnoza gəlincə, ekspert hesab edir ki, 2025-ci ildə Paşinyan istərdi ki, sülh sazişi imzalasın: “Ancaq Azərbaycanın irəli sürdüyü müəyyən şərtlər var, o şərtləri qəbul etməkdə Paşinyan hökuməti çətinlik çəkir və həmin şərtlər çərçivəsində sülh müqaviləsini imzalamağa hazır deyil. Həmin şərtlər əsasında sülh sazişinin imzalanmasını Paşinyan seçkilərdə özünə müəyyən mənada təhlükə kimi də görür, hesab edir ki, bu, reytinqinə mənfi mənada təsir göstərə bilər. Düşünürəm ki, Paşinyanda və ətrafında ciddi tərəddüdlər var. İstərdi ki, arzuladığı şərtlərlə sülh sazişini imzalasın, Ermənistan cəmiyyətinə göstərsin ki, nəhayət, sülh müqaviləsi imzaladı, Azərbaycanla, Türkiyə ilə kommunikasiyalar açılır, təcavüzkar siyasətinə görə düşdüyü təcrid vəziyyətindən çıxır, yəni bunu piar olaraq istifadə etmək istəyərdi. Amma Azərbaycanın beynəlxalq hüquqa, məntiqə əsaslanan tələbləri, şərtləri var, onlar çərçivəsində sülh müqaviləsinin imzalanmasının tərəfdarıyıq. Ermənistan bu şərtləri və tələbləri qəbul edəcəksə, sülh müqaviləsini növbəti ildə imzalaya bilərik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Dekabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see302

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see182

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see181

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see169

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see169

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see160

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see152

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see150

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see149

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see141

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see137

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri