525ci qəzet RumıniyaAzərbaycan əməkdaşlığı nəzərəçarpacaq dərəcədə inkişaf edib Səfir | Ic…
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda Rumıniyanın Milli Günü və Rumıniyanın Böyük Birliyinin 106 illiyi ilə bağlı rəsmi qəbul təşkil edilib.
525.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare deyib ki, 1 dekabr 1918-ci ildə Birinci Dünya müharibəsi başa çatdıqdan sonra, Rusiya və Avstriya-Macarıstan imperiyalarının parçalanması ilə mərkəzi Rumıniyada yerləşən Alba Yuliyada ölkənin və tarixi Bessarabiya, Bukovina və Transilvaniya əyalətlərindən olan bütün rumınların Böyük Birliyi elan edildi.
Digər Avropa xalqları kimi, yüz illər sonra, rumınlar da öz vahid milli dövlətini – Rumıniyanı qurmağa nail oldular.
“Dəmir Pərdənin” yıxılması ilə başlayan geniş modernləşmə və islahatlar prosesindən sonra Rumıniya 2004-cü ildə NATO-ya, 2007-ci ildə isə Avropa İttifaqına qoşularaq hazırda bir çox digər beynəlxalq təşkilatların fəal üzvüdür.
Ölkə 2025-ci ildə tam olaraq Şengen azad hərəkət zonasına qoşulmağa ümid edir.
Səfir deyib ki, 1991-ci ildə Rumıniya Türkiyədən sonra Azərbaycan dövlətinin müstəqilliyini tanıyan ikinci dövlətdir.
Tam oxu
Xəbəri oxu