Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İran rejimi legitimliyini itirir ŞƏRH

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

525ci qəzet RumıniyaAzərbaycan əməkdaşlığı nəzərəçarpacaq dərəcədə inkişaf edib Səfir

525ci qəzet RumıniyaAzərbaycan əməkdaşlığı nəzərəçarpacaq dərəcədə inkişaf edib Səfir

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda Rumıniyanın Milli Günü və Rumıniyanın Böyük Birliyinin 106 illiyi ilə bağlı rəsmi qəbul təşkil edilib.

525.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare deyib ki, 1 dekabr 1918-ci ildə Birinci Dünya müharibəsi başa çatdıqdan sonra, Rusiya və Avstriya-Macarıstan imperiyalarının parçalanması ilə mərkəzi Rumıniyada yerləşən Alba Yuliyada ölkənin və tarixi Bessarabiya, Bukovina və Transilvaniya əyalətlərindən olan bütün rumınların Böyük Birliyi elan edildi. Digər Avropa xalqları kimi, yüz illər sonra, rumınlar da öz vahid milli dövlətini – Rumıniyanı qurmağa nail oldular. “Dəmir Pərdənin” yıxılması ilə başlayan geniş modernləşmə və islahatlar prosesindən sonra Rumıniya 2004-cü ildə NATO-ya, 2007-ci ildə isə Avropa İttifaqına qoşularaq hazırda bir çox digər beynəlxalq təşkilatların fəal üzvüdür. Ölkə 2025-ci ildə tam olaraq Şengen azad hərəkət zonasına qoşulmağa ümid edir.

Səfir deyib ki, 1991-ci ildə Rumıniya Türkiyədən sonra Azərbaycan dövlətinin müstəqilliyini tanıyan ikinci dövlətdir. 2009-cu ildə isə Rumıniya Azərbaycanla Strateji Tərəfdaşlıq münasibətləri haqqında Bəyannaməni təklif edən və yüksək səviyyədə imzalayan ilk Avropa İttifaqına üzv dövlətdir: “33 il ərzində Rumıniya-Azərbaycan əməkdaşlığı bir çox sahədə - siyasi-diplomatik, iqtisadi, enerji, nəqliyyat və kommunikasiya, mədəniyyət və təhsil sahələrində, həm də iki cəmiyyət və xalqlar səviyyəsində nəzərəçarpacaq dərəcədə inkişaf edib. Prezident İlham Əliyevin 2022-ci ilin dekabrında Rumıniyaya, Prezident Klaus İohannisin 2023-cü ilin fevralında Azərbaycana səfərləri ilə ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq son 3 ildə nümunəvi dinamika nümayiş etdirib. Bu müddət ərzində ölkələrimizin parlamentləri arasında əlaqələr də genişlənib. Rumıniya Deputatlar Palatasının sədri 2023-cü ilin fevralında Azərbaycanda, Milli Məclisin sədri Sahibə Qafarova isə 2023-cü ilin oktyabrında Rumıniyaya səfər edib”.

Vasile Soare  söyləyib ki, iqtisadi sahədə, son 3 ildə Birgə Hökumətlərarası İqtisadi Komissiyanın Bakıda və Buxarestdə ardıcıl keçirilmiş görüşlərində yeni imkanlar və əməkdaşlıq layihələri müəyyən edilib və Rumıniya-Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artaraq təqribən 700 milyon dollara çatıb. Enerji sahəsində 2022-ci ildən başlayaraq Rumıniya və Azərbaycan Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək mühüm layihənin – Xəzər dənizinin Azərbaycan şelfindən Qara dəniz vasitəsilə Konstansaya qədər Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan formatında Yaşıl Enerji Dəhlizinin həyata keçirilməsi üzərində uğurla çalışırlar. 3 sentyabr 2024-cü ildə konkret nəticə əldə edilib. Belə ki, iştirakçı ölkələr layihə üçün birgə müəssisə yaratmaq barədə razılığa gəliblər.

Onun sözlərinə görə, Rumıniya və Azərbaycan Bakı və Konstansa limanlarının mühüm coğrafi qovşaqları təmsil etdiyi Avropa ilə Asiya arasında Orta Dəhlizin möhkəmləndirilməsində maraqlıdırlar.

“Rumıniya beynəlxalq hüququn prinsiplərinə dayanaraq, bütün qonşuları ilə münasibətləri normallaşdırmaqla Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik mühitinin əldə edilməsinə yönəlmiş səylərində Azərbaycanın dostu və vicdanlı tərəfdaşıdır”, - səfir deyib.

Vasile Soare, həmçinin COP 29-un nümunəvi şəkildə təşkilinə görə Azərbaycanı təbrik edib.

Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Rumıniyanın Böyük Birlik Günü münasibətilə Azərbaycan hökuməti adından təbriklərini çatdırıb. Nazir müavini deyib ki, iki ölkə arasında əlaqələrin dərin tarixi var: “Rumıniya Avropa ölkələri arasında Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən olub. Azərbaycan da 2001-ci ildə Şərqi Avropadakı ilk səfirliyini məhz Rumıniyada açıb. Bunun ardınca iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə dinamik şəkildə inkişaf edib, dövlət başçıları, parlament sədrləri, hökumət üzvləri və digər yüksək səviyyələrdə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin 2009-cu ildə Rumıniyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” və Rumıniyanın Prezidenti Trayan Baseskunun 2011-ci ildə Azərbaycana səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə yönəlmiş Birgə Fəaliyyət Planı” strateji tərəfdaşlığımızın əsaslarını təşkil edir”.

Nazir müavini əlavə edib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məmnunluq doğurur: “Enerji sektoru iqtisadi əməkdaşlığımızda mühüm rola malikdir. İqtisadi-ticarət sahəsində əməkdaşlığımızın genişlənməsi üçün böyük imkanlar mövcuddur. Mədəniyyət və təhsil sahələrində mübadilələrimiz xalqlararası əlaqələrin güclənidirilməsinə töhfə verməkdədir. İnanıram ki, Azərbaycanla Rumıniya arasında sıx dostluq və qarşılıqlı faydalı əməkdaşlıq dövlətlərimiz və xalqlarımızın rifahı naminə növbəti illərdə də inkişaf edəcək, ölkələrimiz arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq əlaqələri daha da genişlənəcək”.

Tədbir dha sonra rumın musiqisindən ibarət bədii hissə ilə davam etdirilib.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Noyabr 2024 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see306

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see223

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see191

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see188

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see174

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see174

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see167

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see164

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see157

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri