Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq. Xaqani CƏFƏRLİRusiyada "ərzaq kartları"nın tətbiqi ilə bağlı təkliflər artmaqdadır.
Bir müddət öncə Kalininqrad vilayətinin qubernatoru Aleksey Besprozvannıx rəhbərlik etdiyi əyalətdə "ərzaq kartları"nın tətbiqinə qərar verib.
Bu qərara görə, 2025-ci ildən Kalininqrad vilayətində "ərzaq kartları" tətbiq olunmağa başlanılacaq.
Əslində bu təşəbbüs iki il öncə Amur vilayətində məhdud çərçivədə tətbiq olunmağa başlayıb.
Bundan sonra Rusiyanın bir sıra vilayətlərində də məhdud çərçivədə belə kartların tətbiqinə start verilib.
Kalininqrad vilayətində "ərzaq kartları" öncə gəliri yaşayış minimumundan aşağı olan pensiyaçılara paylanmaqla başlanılacaq.
Daha sonra çoxuşaqlı ailələr və digər "həssas təbəqə"yə aid olan şəxslərə belə kartlar veriləcək.
Rusiya hakimiyyət orqanlarını "ərzaq kartları"nın tətbiqinə vadar edən səbəb infliyasiyanın ikirəqəmli həddə çatması və gündəlik istehlak mallarının qiymətinin kəskin bahalaşmasıdır.