Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

525ci qəzet Rusiya ərzaq kartlarını qayıdır

525ci qəzet Rusiya ərzaq kartlarını qayıdır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Xaqani CƏFƏRLİ

Rusiyada "ərzaq kartları"nın tətbiqi ilə bağlı təkliflər artmaqdadır. Bir müddət öncə Kalininqrad vilayətinin qubernatoru Aleksey Besprozvannıx rəhbərlik etdiyi əyalətdə "ərzaq kartları"nın tətbiqinə qərar verib. Bu qərara görə, 2025-ci ildən Kalininqrad vilayətində "ərzaq kartları" tətbiq olunmağa başlanılacaq. Əslində bu təşəbbüs iki il öncə Amur vilayətində məhdud çərçivədə tətbiq olunmağa başlayıb. Bundan sonra Rusiyanın bir sıra vilayətlərində də məhdud çərçivədə belə kartların tətbiqinə start verilib.

Kalininqrad vilayətində "ərzaq kartları" öncə gəliri yaşayış minimumundan aşağı olan pensiyaçılara paylanmaqla başlanılacaq. Daha sonra çoxuşaqlı ailələr və digər "həssas təbəqə"yə aid olan şəxslərə belə kartlar veriləcək. Rusiya hakimiyyət orqanlarını "ərzaq kartları"nın tətbiqinə vadar edən səbəb infliyasiyanın ikirəqəmli həddə çatması və gündəlik istehlak mallarının qiymətinin kəskin bahalaşmasıdır. Məsələn, ilin əvvəlindən kartof 85 faiz, soğan 40 faiz, kələm 34 faiz, süd, xama və alma 17 faiz, kərə yağı 33 faiz, quzu əti 22 və çörək 13 faiz bahalaşıb.

Əyalətlərin "ərzaq kartları" ilə bağlı təkliflərini Dövlət Dumasının rəhbərlərindən biri olan Anatoli Aksakov da dəstəkləyib. Aksakov hesab edir ki, SSRİ-də olduğu kimi "ərzaq kartları"nın geri qaytarılması zəruri addımdır və bütün Rusiyaya şamil etmək lazımdır. Amma Aksakov belə "ərzaq kartları"nın aylıq limitin nə qədər ola biləcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, ekspertlər Rusiyada 11,8 milyon insanın yaşayış minimumundan aşağı gəlirlə yaşadığını bildirirlər. Beynəlxalq İstehlak Cəmiyyətləri Konfederasiyasının (ConfOP) İdarə Heyətinin sədri Dmitri Yanin isə yoxsulluq içərisində yaşayan rusiyalıların sayının 18 milyon olduğunu bildirib və deyib ki, "ərzaq kartları"nın tətbiqi bu təbəqədən olan insanlara kömək edə bilər.

Yanin hesab edir ki, hər bir belə adam yemək almaq üçün ayda 3000 rubl dəyərində "ərzaq kartları" verilsə, bu, onların yaşayış səviyyəsinə təsir edə bilər. "OFFLINE" şirkətinin təsisçisi Nikita Sennikov isə belə kartlar üçün limitin 5000-6000 rubl çərçivəsində olmasını zəruri hesab edir və əks halda vəziyyətin dəyişməyəcəyini bildirir. Məsələni çətinləşdirən əsas məqam ondan ibarətdir ki, dövlət il ərzində bu məqsədlə 900 milyarddan 1,2 trilyon rubla qədər pul xərcləməli olacaq, belə vəsait isə yoxdur. 

"Ərzaq kartları" ətrafında gedən müzakirələr Rusiyada sosial-iqtisadi vəziyyətin nə qədər ağırlaşdığını göstərir. SSRİ-nin son illərini xatırladan bu vəziyyətin gələn il daha da ağırlaşacağı gözlənilir. Avropa İttifaqının son sanksiyası, dünyada qaz və neftin qiymətinin aşağı olması Rusiyanı böyük həcmdə gəlirlərdən məhrum edəcək. Müharibənin bir saatına təxminən 2 milyard rubl xərcləyən Rusiyanın büdcə gəlirlərinin azalacağı halda "ərzaq kartları"nın da formal xarakter daşıyacağını ehtimal etmək olar. Digər tərəfdən "ərzaq kartları" vasitəsilə veriləcək ərzaq məhsullarının keyfiyyətinin aşağı olacağı ilə bağlı xəbərdarlığı da nəzərə alanda, bu tədbirin əks nəticə verəcəyi ehtimalı daha çoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Dekabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri