525ci qəzet Şuşa həmişə Azərbaycanın tarixi mədəniyyət mərkəzi olub | Icma.az
Icma.az, 525.az portalına istinadən məlumat verir. Mən Bərdədə dünyaya göz açmışam, təhsilimi Bakıda alıb burada boya-başa çatmışam.
Amma ürəyim həmişə doğma Qarabağla döyünüb. Ata-baba evimiz Şuşada Vaqifin məqbərəsinin lap yaxınlığındadır.
Ana yurdum isə Şuşanın məşhur Zarıslı kəndidir. Ana nənəm Tamam Gülab qızının soy-kökü də bu kəndin Nəbilər tayfasına gedib çıxır.
Ata babam Ədil və qardaşı Lətif Xanməmməd oğlu Nəbiyevlər Qarabağın əsilzadələrindəndir, zəngin adamlar olublar.
Tamam xanımın ağlına da gəlməzdi ki, 1990-cı ildə Vətən, yurd ağrısını yaşayacaq, 30 il yaşadığı doğma kəndindən məcburi köçkün kimi ayrılmalı olacaq.
İndi ərazi bütövlüyü bərpa olunmuş Vətəndə yaşaması onu ovundursa da, yəqin ki, uşaqlıq, gənclik illərinin xatirələri hələ də yuxularını bəzəyir.
Tamam xanım bu gün də tətil günlərində Bakıdan doğma kəndinə gedərkən anasının yol çəkən gözlərini, həsrətində olduğu Qarabağı, Şuşanı, Füzulini, Zərgər kəndini göz yaşları ilə xatırlayır.
Ailədə biz ona "Tamam ana" deyərək müraciət edirik. İxtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimi olan nənəm çox söhbətcil və mehribandır
Tam oxu
Xəbəri oxu