Icma.az
close
up
RU
525ci qəzet Şuşa həmişə Azərbaycanın tarixi mədəniyyət mərkəzi olub

525ci qəzet Şuşa həmişə Azərbaycanın tarixi mədəniyyət mərkəzi olub

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Mən Bərdədə dünyaya göz açmışam, təhsilimi Bakıda alıb burada boya-başa çatmışam. Amma ürəyim həmişə doğma Qarabağla döyünüb. Ata-baba evimiz Şuşada Vaqifin məqbərəsinin lap yaxınlığındadır. Ana yurdum isə Şuşanın məşhur Zarıslı kəndidir.

Ana nənəm Tamam Gülab qızının soy-kökü də bu kəndin Nəbilər tayfasına gedib çıxır. Ata babam Ədil və qardaşı Lətif Xanməmməd oğlu Nəbiyevlər Qarabağın əsilzadələrindəndir, zəngin adamlar olublar.

Tamam xanımın ağlına da gəlməzdi ki, 1990-cı ildə Vətən, yurd ağrısını yaşayacaq, 30 il yaşadığı doğma kəndindən məcburi köçkün kimi ayrılmalı olacaq. İndi ərazi bütövlüyü bərpa olunmuş Vətəndə yaşaması onu ovundursa da, yəqin ki, uşaqlıq, gənclik illərinin xatirələri hələ də yuxularını bəzəyir. Tamam xanım bu gün də tətil günlərində Bakıdan doğma kəndinə gedərkən anasının yol çəkən gözlərini, həsrətində olduğu Qarabağı, Şuşanı, Füzulini, Zərgər kəndini göz yaşları ilə xatırlayır.

Ailədə biz ona "Tamam ana" deyərək müraciət edirik. İxtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimi olan nənəm çox söhbətcil və mehribandır. Uzun illər ərzində orta məktəbdə vətənin övladlarına dilimizin və ədəbiyyatımızın incəliklərini öyrədib. Bakıya köçdükdən sonra burada müəllimlik fəaliyyətini davam etdirsə də, ailəsi həmişə yanında olsa da, doğma yurd-yuvasının, yaxın el-obasının xatirələri yaddaşının ən munis yerində qərar tutub. Evdə söhbət zamanı xatirələrini həmişə bizə həyəcan və maraqla danışır. Jurnalist kimi ilk müsahibimin nənəm Tamam Gülab qızı olması mənim üçün həm məsuliyyətli, həm də həyəcanverici bir təcrübədir. Ümid edirəm ki, oxucular bu təcrübədən zövq alacaqlar...

- Tamam ana, sizin fikrinizcə, şuşalılar Azərbaycanın digər bölgələrinin əhalisindən hansı keyfiyyətlərinə və cəhətlərinə görə fərqlənirlər?

- Əslində, burada ciddi fərqləndirmə eləmək düzgün olmazdı. Amma Şuşa mədəniyyət mərkəzi olduğundan şuşalılar sanki mədəni ənənələrə daha yaxın və bağlı idilər. Şuşa həmişə Azərbaycanın tarixi mədəniyyət mərkəzi olub. Məktəblər, universitetlər olmadığı vaxtlarda da burada şeir, sənət birlikləri vardı. Azərbaycanın hər yerindən Şuşaya istedadlı insanlar gəlirdi, onların yazıları yayılırdı. İnsan həmişə ətrafındakılara, onu əhatə edən cəmiyyətə bənzəyir. Şuşada Xurşidbanu Natəvanın ədəbi məclisləri haqqında söhbətlər, Qasım bəy Zakirin satirik şeirləri, Molla Pənah Vaqifin qoşmaları dildən-dilə dolaşırdı. Şuşada hər kəs sözlə nəfəs alırdı, insanları az qala hər şeyə şeirlə cavab verməyə qadir idi. Şuşalıların yüksək mədəniyyəti, xeyirxahlığı, alicənablığı hər yanda hiss olunurdu.

- Biz Şuşanın həm də təbiətinin qeyri-adiliyinə görə tanındığını eşitmişik, siz isə bu gözəllikləri şəxsən görmüsünüz, uzun illər orada yaşamısınız. Bu barədə birbaşa Şuşa sakinindən fikirlərini eşitmək maraqlı olardı...

- Şuşa həmişə qonaq-qaralı olub, başqa bölgələrdən gələnlər buranın havasına, suyuna heyran qalardılar. Qonaqlardan birinin cümləsi heç yadımdan çıxmır: "Havaya aerozol səpmisiniz?" Elə bilirdilər ki, havadan gələn gözəl qoxu süni olaraq yaradılıb. Şuşa çökə, akasiya ağacları ilə çox zəngin idi. Baharda ağaclar çiçəkləyib, güllər açanda düzənlərdən yayılan kəklikotu, qırxbuğum, qantəpər, zəncirotunun rayihəsi də onlara qarışar, bu bihuşedici gözəl ətir hər tərəfi bürüyər, insanı çox duyğulandırardı. Şuşa yaylaq ərazisidir, burada yayda da havalar sərin keçər, dağlardan qar əskik olmazdı. Şuşa əsl cənnətdir. Bütün bu gözəlliklərinə görə həmişə düşmənlərin də diqqətini çəkib. Tarixən hər kəs bu gözəl diyarı görmək və burada yaşamaq istəyib...

- Təbiətin bu gözəlliyi insanlara da təsir göstərirdimi?

- Əlbəttə, həm təbiət gözəldir, həm torpaq münbitdir, sağlam qida ilə zəngindir. Şuşanın adamları da özünə oxşayırdı. Təbiəti kimi saf, şüşə kimi duru, gözəl, ağbəniz, cüssəli, qara saçlı, fiziki baxımdan güclü… Mən Şuşada eynəkli insan görməmişdim. Dağlar qoynunda yaşayanların görmə qabiliyyəti də yaxşı olur. Mən Bakıya gələndən sonra hamının gözündə eynək gördüm. Bu gözəlliklər, misilsiz təbiət, saf su, təmiz hava insanlara əsrarəngiz musiqi duyumu bəxş edirdi. Burada gözəl muğam ifaçıları yetişirdi. Böyük musiqiçilər, bəstəkarkar burada yaşamışdılar.

Görkəmli pedaqoq Çernyayevski istedadlı gəncləri seçib oxumağa aparmaq məqsədi ilə Qarabağa gələndə, barının o tərəfində ağlayan uşağın səsini eşidəndə "nə gözəl oxuyur" demişdi. Burada hətta ağlamaq səsi də oxumaq kimi başa düşülürdü. Bəlkə də Şuşanın suyundan, havasındandır ki, hər kəsin gözəl səsi var, bəlkə də hər bir adam öz səsi üzərində işləsə, yaxşı ifaçı ola bilər. Burada insanların ürəyinin gözəlliyi duyğularında və səslərində təcəssüm olunurdu.

- Kəndimiz Zarıslı haqqında nə danışa bilərsən?

- Zarıslı "bulanıq su" deməkdir. Görünür, yağış suyu dağlardan gəlib kəndə çatınca bulanırmış və suyu duruldub istifadə edirdilər. "Bulanıq su" deyimi yəqin ki, elə bu səbəbdən yaranıb. Buranın əhalisi qədim türk tayfalarından olan kuti (quti) tayfasının nəslindəndirlər. Ona görə də aralarında cüssəli, ucaboylu, sarıbəniz insanlarn hələ də var. Sözü üzə deməyi bacarandırlar və qarşısındakının səhvini, qüsurunu yerindəcə düzəldirdilər. Öz qəlblərinin təmizliyindəndir ki, ətrafındakıların da qəlblərini gözəl, niyyətlərini saf görmək istəyirlər.

Nəzrin DADAŞOVA
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri