525ci qəzet Tanınmış rusiyalı model və teleaparıcı Parisdə həlak oldu | Icma.az
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın tanınmış modeli, həmçinin, teleaparıcı kimi tanınan Svetlana Savitskaya Parisdə avtomobil vurması nəticəsində dünyasını dəyişib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib.
Toqquşmadan yayınmaq istəyən minik avtomobili səkiyə çıxıb və Savitskayanı vurub. Teleaparıcı hadisə yerində keçinib.
Müxtəlif vaxtlarda RU TV, "Pyatnitsa", "Europa Plus TV", "Jara TV" telekanallarında əyləncəli verilişlər aparmış 34 yaşlı Svetlana Savitskaya həm də müğənni idi.
Qeyd edək ki, mərhum dekabrın 23-də Troyekursk qəbiristanında dəfn olunacaq.
L.Tağıyeva Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu