525ci qəzet Tanınmış rusiyalı model və teleaparıcı Parisdə həlak oldu
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın tanınmış modeli, həmçinin, teleaparıcı kimi tanınan Svetlana Savitskaya Parisdə avtomobil vurması nəticəsində dünyasını dəyişib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib.
Toqquşmadan yayınmaq istəyən minik avtomobili səkiyə çıxıb və Savitskayanı vurub. Teleaparıcı hadisə yerində keçinib.
Müxtəlif vaxtlarda RU TV, "Pyatnitsa", "Europa Plus TV", "Jara TV" telekanallarında əyləncəli verilişlər aparmış 34 yaşlı Svetlana Savitskaya həm də müğənni idi.
Qeyd edək ki, mərhum dekabrın 23-də Troyekursk qəbiristanında dəfn olunacaq.
L.Tağıyeva

Məşhur rusiyalı teleaparıcı Parisdə həlak olub FOTO
19 Dekabr 2024 10:41
Tanınmış rusiyalı model və teleaparıcı Parisdə faciəvi şəkildə öldü Xəbər saytı Son xəbərlər və Hadisələr
19 Dekabr 2024 11:24
Rusiyalı məşhur teleaparıcı Parisdə faciəli şəkildə öldü
19 Dekabr 2024 15:06
Parisdə ölən rusiyalı model dəfn olundu
25 Dekabr 2024 03:13
Tanınmış teleaparıcı vəfat etdi
26 Fevral 2025 21:30

