Icma.az, 525.az saytına istinadən bildirir. 2024-cü ilin bitməsinə sayılı günlər qalıb.
Bu il mədəni həyatımızda bir çox yeniliklərlə yadda qaldı. Məni ən çox sevindirən isə kino, film sektorunda görülən işlər oldu.
Biz az qala hər mövsüm ya hansısa filmi, ya da serialı müzakirə etdik. Təbii ki, iş olan yerdə qüsur da var.
Birdən-birə bütün problemlərin həlli mümkünsüzdür, ancaq inkişafa xidmət edən ən xırda addım belə sevindiricidir.
Hazırda film sektorumuzda sözügedən tendensiyanı müşahidə edirik. Bəs teatrlarımız necə? 2024-cü il teatr cameəmizə nə verdi?
Bir yazıda bütün teatrlarımız haqqında danışa bilmədiyimizə görə, bir neçəsinin cavabı ilə kifayətlənməli olduq.
Fikrimcə, sözügedən teatrlar ölkəmizdə mövcud sahənin fəaliyyətinə dair bizə çox şey deyir.
Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirdi ki, 2024-cü il önəmli hadisələrlə yadda qalıb: "Bu il "Dantenin yubileyi", "Sənsiz" "Əsrə bərabər gün", "Bir qalanın sirri", "İblis", "Ledi Maqbet" tamaşalarının premyerası keçirilib.