Icma.az
close
up
RU
525ci qəzet Teatrlarımızın 2024cü il təqvimi

525ci qəzet Teatrlarımızın 2024cü il təqvimi

Icma.az, 525.az saytına istinadən bildirir.

2024-cü ilin bitməsinə sayılı günlər qalıb. Bu il mədəni həyatımızda bir çox yeniliklərlə yadda qaldı. Məni ən çox sevindirən isə kino, film sektorunda görülən işlər oldu. Biz az qala hər mövsüm ya hansısa filmi, ya da serialı müzakirə etdik. Təbii ki, iş olan yerdə qüsur da var. Birdən-birə bütün problemlərin həlli mümkünsüzdür, ancaq inkişafa xidmət edən ən xırda addım belə sevindiricidir. Hazırda film sektorumuzda sözügedən tendensiyanı müşahidə edirik. Bəs teatrlarımız necə? 2024-cü il teatr cameəmizə nə verdi?

Bir yazıda bütün teatrlarımız haqqında danışa bilmədiyimizə görə, bir neçəsinin cavabı ilə kifayətlənməli olduq. Fikrimcə, sözügedən teatrlar ölkəmizdə mövcud sahənin fəaliyyətinə dair bizə çox şey deyir.

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirdi ki, 2024-cü il önəmli hadisələrlə yadda qalıb: "Bu il "Dantenin yubileyi", "Sənsiz" "Əsrə bərabər gün", "Bir qalanın sirri", "İblis", "Ledi Maqbet" tamaşalarının premyerası keçirilib. Hazırda Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanı əsasında Bəhram Osmanovun səhnələşdirdiyi eyniadlı tamaşanın məşqləri gedir. Bundan başqa, Elçinin "Baş" romanı əsasında yeni bir tamaşanın səhnələşdirmə işləri yekunlaşıb. Bu yaxınlarda məşqlərə başlanılacaq.

Bu il bir çox əhəmiyyətli hadisələrlə də yadda qaldı. İyun ayında teatrımızın kollektivi və bir qrup teatr mütəxəssisi Qazaxıstanda keçirilən beşinci beynəlxalq teatr forumunda iştirak etdi. Fikrimcə, bu ilin ən vacib hadisələrindən biri Hüseyn Cavidin "İblis" əsəri əsasında Mehriban Ələkbərzadənin quruluş verdiyi "İblis və..." tamaşasının Sankt-Peterburq şəhərində yerləşən Aleksandrinski Teatrında premyerasının keçirilməsi oldu. Bu, çağdaş Azərbaycan teatrı üçün əlamətdar hadisədir. Bundan savayı, hazırda "Bölgə teatrlarının Bakı premyerası" adlı layihə həyata keçirilir. Layihə çərçivəsində bölgə teatrlarımız yeni tamaşalarını bizim teatrda təqdim edir. Gələn il mart ayının 10-da layihənin bağlanış mərasimi keçiriləcək və ən yaxşı tamaşa qiymətləndiriləcək".

C.Zeynallının sözlərinə görə, hazırda Akademik Milli Dram Teatrının tamaşaçı sayı ilə bağlı problem yoxdur: "Bizim bir neçə tamaşamız var ki, onlara bilet satışı çox erkən bitir. Hətta tamaşaçılar deyir ki, biletlərin nə vaxt bitməsindən xəbərimiz olmur. Məsələn, buna nümunə olaraq, "İblis", "Əsrə bərabər gün", "Sənsiz", "Şükriyyə", "Ölülər", "Ah bu uzun sevda yolu" və başqa tamaşaları qeyd edə bilərik".

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf də teatrın kifayət qədər tamaşaçısı olduğunu vurğuladı: "Uşaq tamaşalarımızın nümayişi zamanı demək olar ki, zal dolu olur. Elə tamaşalar var ki, ümumiyyətlə, bilet tapmaq mümkün olmur. Bir məqamı da vurğulayım ki, valideynlər könüllü olaraq uşaqlarını götürüb teatrımıza gəlirlər, az hallarda siniflə, yaxud da kollektiv şəkildə gələnləri görürük. Ancaq bizim böyük tamaşalarına da maraq kifayət qədərdir. Məsələn, ötən həftə "Xortdanın cəhənnəm məktubları" böyük maraqla qarşılandı. "Fiqaronun toyu" haqqında da eyni sözləri deyə bilərəm. Mono tamaşalarımızın da izləyiciləri çoxdur".

Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru və direktoru Elman Rəfiyev bildirdi ki, 2024-cü il qastrollarla zəngin olub: "Bu il bizim üçün çox səmərəli keçdi. Fərqli-fərqli festivallardan diplom və mükafatlarla qayıtdıq. Hazırda yeni bir qastrol səfərinə hazırlaşırıq. Qırğızıstanda iki tamaşa ilə çıxış edəcəyik: "Manqurt" və "İblis". Həmçinin yeni tamaşalar üzərində iş gedir. İlin sonuna doğru Pərviz Seyidlinin "Gil" tamaşası hazırlanır. Repertuarda on altı tamaşamız var. Ən çox oynanılan tamaşalar isə "Romeo və Cülyetta", "İblis" və "Manqurt" olub. İl ərzində teatrımıza 2361 tamaşaçı gəlib".

Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmovanın sözlərinə görə, 93-cü teatr mövsümünda də tamaşa və perspektiv planı yüksək səviyyədə icra olunub: "2024-cü il teatrımız üçün maraqlı, yaddaqalan, yaradıcılıq nöqteyi-nəzərdən zəngin il oldu. Konkret faktlara əsaslansaq, biz bu il plan üzrə dörd, plandan kənar isə iki tamaşa hazırlamışıq.

Bu sırada Samuel Marşakın məşhur "Pişiyin evi" əsərini bu dəfə rus bölməsi üzrə təqdim etdik. Eyni zamanda Xanımana Əlibəylinin "Dovşanın ad günü", eləcə də yerli gənc müəlliflərdən Sevinc Elsevərin "Lokomotiv və vaqonlar" əsəri əsasında eyniadlı tamaşa və yazıçı-dramaturq Məhbubə Hacıyevanın "Yalquzaq və Simurq quşunun nağılı" hekayəsi əsasında birhissəli uşaq tamaşası "Yalquzaq" adlı vətənpərvərlik mövzulu nümunə təqdim olundu.

Hazırda teatrımız Yeni il və məktəblilərin qış tətili günləri üçün "Şaxta Baba haradadır?" nağıl-tamaşasını bitirib və tamaşa tətil günlərində hər gün 4 seans olmaqla nümayiş olunacaq.

Demək olar ki, bütün yaş qrupları üçün nəzərdə tutulan "Nənəmin aş qazanı" adlı tamaşanı da tamamlamışıq. Bildiyiniz kimi, yaradıcı heyət olaraq mütəmadi festivallara da dəvət olunuruq. Bu mənada çoxsaylı dəvətlər arasında üç beynəlxalq festivala qatılıb, iki festivala ev sahibliyi etmişik.

Növbəti il balacalar bizim səhnədə "Sirli dolça", "Qaraca qız", "Bir dəfə Şamaxı xanlığında", "Aybolit" kimi nümunələri fərqli və maraqlı yozumda izləyə biləcəklər".

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova bildirdi ki, ilin bitməsinə sayılı günlər qalsa da, teatr repertuarını maraqlı səhnə əsərləri ilə zənginləşdirməkdə davam edir: "Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 2024-cü ildə də bir çox uğurlu layihələrə imza atdı. Belə ki, teatrın repertuarında özünəməxsus yeri olan tamaşaların nümayişi ilə yanaşı, bu il bir-birindən maraqlı yeni səhnə əsərləri də teatrsevərlərin ixtiyarına verildi. Onlar "Adamın adamı", "Palata", "Qadınım" tamaşaları, "Aysedora", "Killerdən teleqram" monotamaşalarıdır. Yeni tamaşalar sırasında balaca teatrsevərlər üçün həm ana dilimizdə, həm də rus dilində "İki küpəgirən qarı" tamaşasının da adını çəkə bilərəm.

İlin bitməsinə sayılı günlər qalsa da, teatrımız yenə də öz ənənəsini sadiqdir və repertuarını maraqlı səhnə əsərləri ilə zənginləşdirməkdə davam edir. 

Bu həftə "İnanıram" monotamaşası və "Əliqulu bu gün evlənir" komediyasının premyeraları olacaq.  Teatrın yaradıcı heyəti il boyu həm ölkədaxili, həm də xarici ölkələrə qastrol səfərlərinə gedib, müxtəlif beynəlxalq festivallara qatılıblar. Bir sözlə, yola saldığımız il uğurlu oldu, növbəti ildə də yeni-yeni layihələrlə, səhnə əsərləriylə tamaşaçılarını sevindirəcəyik".

Biz də öz növbəmizdə teatrımıza 2025-ci ildə uğurlar arzulayırıq.

Aytac SAHƏD

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Dekabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri