525ci qəzet TURKSOYun baş katibi Sultan Raev təyyarə qəzası ilə əlaqədar başsağlığı verib

26.12.2024

525.az saytına istinadən Icma.az xəbər verir.

TURKSOY-un baş katibi Sultan Raev Qazaxıstanın Aktau şəhəri yaxınlığında göyərtəsində 67 nəfərin olduğu Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

525.az xəbər verir ki, Sultan Rayevin başsağlığı məktubunda deyilir:

“Azərbaycan Hava Yollarına məxsus Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradığını dərin hüznlə öyrəndik. Bu faciəvi qəzada həyatını itirənlərə Allah rəhmət eləsin, yaxınlarına başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью