525ci qəzet TURKSOYun baş katibi Sultan Raev təyyarə qəzası ilə əlaqədar başsağlığı verib
TURKSOY-un baş katibi Sultan Raev Qazaxıstanın Aktau şəhəri yaxınlığında göyərtəsində 67 nəfərin olduğu Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
525.az xəbər verir ki, Sultan Rayevin başsağlığı məktubunda deyilir:
“Azərbaycan Hava Yollarına məxsus Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradığını dərin hüznlə öyrəndik. Bu faciəvi qəzada həyatını itirənlərə Allah rəhmət eləsin, yaxınlarına başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik”.
Baxış sayı:68
Mənbə:https://525.az