Icma.az, 525.az portalına istinadən məlumat yayır. Ələmdar CABBARLI Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Bir
Ulu öndərimiz Heydər Əliyev bu gözəlliklər diyarı haqqında deyirdi: "Allah Kəlbəcərə hər cür nemətlər - gözəl təbiət, zəngin sərvətlər verib
Kəlbəcər məğrur dağları, gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, Vətənimizin təbiət gözəlliyini özündə əks etdirən bi
Şükürlər olsun ki, dörd il öncə Vətənimiz özünün ayrılmaz parçasına əbədi qovuşdu.
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin yenilməz sərkərdəliyi, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əbədi azadlığına qovuşan, elləri qoynuna köçən Kəlbəcər günü-gündən dirçəlir, çiçəklənir, Qarabağda, Şərqi Zəngəzurda aparılan misilsiz quruculuq layihələri nəticəsində enidən qurulur.
Əsrarəngiz təbiəti, bitib-tükənməyən yeraltı, yerüstü sərvətləri ilə dünyaya örnək olan Kəlbəcər həm də mənəviyyat beşiyi, sazın-sözün məkanı, görkəmli insanların yurdu kimi də məşhurdur.
Bu əsrarəngiz yurdun mənəviyyat sərvəti sayılan oğullarından biri də Qənbər Şəmşiroğludur...
91 il bundan əvvəl - 1933-cü ilin 16 noyabrında sazın beşiyi Ağdabanda, sözün zirvəsi Dədə Şəmşirin ailəsində dünyaya gələn Qənbər Şəmşiroğlu bütün həyatı boyu mənsub olduğu xalqın, soy-kökün adını ucaltdı, əslinə, nəslinə sadiq və eyni zamanda layiq oldu.