Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şahanə MÜŞFİQÖtən ilin bu günü, məhz bu saatlarında əllərimiz göydə, gözümüz telefonda, televizorda bir xoş xəbər ümidində idik.
Cəmi bir neçə gün idi, suverenliyini bərpa edən, Xankəndini, Xocalını işğaldan azad edib öz ədalətini özü yazan xalq kimi xoşbəxtliyin zirvəsinə qalxmışdıq.
Amma elə həmin gün aldığımız dəhşətli xəbər bizi o xoşbəxtlik zirvəsindən yerin yeddi qat dibinə çırpmışdı.
Bu qələbəni bəlkə də hamımızdan çox gözləyən, Qarabağ həsrətini iliyinə, hər hüceyrəsinə qədər çəkən, illər boyunca haqq səsimizi dünyanın kar qulaqlarına hayqırmaqdan yorulmayan cəsur millət vəkilimiz, fədakar xanım Qənirə Paşayevə qəfil komaya düşmüşdü.
Nə baş verirdi, nə olurdu?! Həqiqətənmi bunca il enerjisinə heyran olduğumuz, yorulmazlığını, cəldliyini, çevikliyini özümüzə örnək aldığımı
Yox, belə olmamalı idi? Yəni elə bu gün, elə bu saatda? Axı bu günü yaşamaq ən çox o bədənin, ən çox o ürəyin haqqı idi.
Sentyabrın 23-dən 28-nə kimi gözümüz yaşlı, əllərimiz çarəsiz yapışdıq Allahın ətəyindən, bir ümid, bir işıq umduq.