Icma.az
close
up
RU
525ci qəzet Vədəsiz gediş hüdudsuz həsrət

525ci qəzet Vədəsiz gediş hüdudsuz həsrət

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şahanə MÜŞFİQ

Ötən ilin bu günü, məhz bu saatlarında əllərimiz göydə, gözümüz telefonda, televizorda bir xoş xəbər ümidində idik. Cəmi bir neçə gün idi, suverenliyini bərpa edən, Xankəndini, Xocalını işğaldan azad edib öz ədalətini özü yazan xalq kimi xoşbəxtliyin zirvəsinə qalxmışdıq. Amma elə həmin gün aldığımız dəhşətli xəbər bizi o xoşbəxtlik zirvəsindən yerin yeddi qat dibinə çırpmışdı. Bu qələbəni bəlkə də hamımızdan çox gözləyən, Qarabağ həsrətini iliyinə, hər hüceyrəsinə qədər çəkən, illər boyunca haqq səsimizi dünyanın kar qulaqlarına hayqırmaqdan yorulmayan cəsur millət vəkilimiz, fədakar xanım Qənirə Paşayevə qəfil komaya düşmüşdü. Nə baş verirdi, nə olurdu?! Həqiqətənmi bunca il enerjisinə heyran olduğumuz, yorulmazlığını, cəldliyini, çevikliyini özümüzə örnək aldığımız bədən iflas etmişdi, təslim bayrağını çəkmişdi? Yox, belə olmamalı idi? Yəni elə bu gün, elə bu saatda? Axı bu günü yaşamaq ən çox o bədənin, ən çox o ürəyin haqqı idi.

Sentyabrın 23-dən 28-nə kimi gözümüz yaşlı, əllərimiz çarəsiz yapışdıq Allahın ətəyindən, bir ümid, bir işıq umduq. Heç olmasa, bircə kərə gözlərini açsın, qulaqlarına "Xocalı azaddır" pıçıdaya bilmək üçün yalvardıq. "Qoy bu həsrətlə gözlərini yummasın" - dedik. Olmadı... Nə yazıq ki, olmadı... "Yazıya pozu yoxdur" - deyiblər. Onun da yazısı yazılmışdı artıq, köç karvanı yola düzəlmişdi. Yolu isə uzundu, işıqlıdı, əbədiyyətdi... Bizi qaranlıqlar içərisində qoyub yürüdü nura doğru qənirsiz Qənirəmiz...

Bu gün dəyərli ictimai-siyasi xadim, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin keçmiş sədri Qənirə xanım Paşayevanın vəfatının birinci ili tamam olur. Onun beş günlük koma zamanında iki dəfə vəfat xəbəri yayılsa da, ikisi də yalan çıxmışdı. Mübariz qadın ölümlə də mübarizədə idi. Amma 28 sentyabr günü axşam saatlarında çıxan növbəti ölüm xəbəri nə yazıq ki, doğru idi. Xəstəxanada həsrətlə şad xəbər gözləyən dostumuzun kədərli, pıçıltıya oxşar səsi sadəcə "heyif" deyə bildi. Hamımız üçün bəs idi bu söz. "Heyif"... Bu ölümü, bu gedişi ifadə edən başqa söz yox idi lüğətimizdə, qəlbimizin yanğısını dilə gətirəcək baş söz icad edilməyib hələ. "Heyif..." Uzun illərin sevgisi, zəhməti, can mücadiləsi o gün bircə sözə sığdı beləcə.

Qənirə Paşayeva haqqında, onun şəxsiyyətini, yaradıcılığını təsvir edəcək məqalələr nə çoxdur. Var, yazılıb və bundan sonra da yazılacaq. Amma Qənirə xanım istər jurnalistika fəaliyyətində, istərsə də millət vəkili, ictimai xadim kimi o qədər xalqa, ictimaiyyətə açıq şəxsiyyət idi ki, onun gördüyü işlərdən, fədakar fəaliyyətindən xəbəri olmayan vardımı?! Bəli, vardı, onun gördüyü xeyriyyə işlərindən xəbərsizdi çoxları. O, təkcə yaxşılıqlarını, xeyirxah əməllərini gizlicə, sakitcə görərdi, kimsə bilsin istəməzdi. Birindən xəbər tutanda, beşini bilməzdik, görməzdik. Sonralar nə vaxtsa hardasa təsadüfən eşidərdik, heyrətlənərdik. Etdiyi yaxşılığa yox, hamıya, hər kəsə, hər şeyə yetə bilən enerjisinə, diqqətinə, qayğısına, ümman boyda böyük qəlbinə...

Qənirə Paşayeva özündən sonra gələn gənclərə, xüsusən qızlara cəsurluq örnəyi, fədakarlıq örnəyidir. İşini sevməyi, vətəninçün, xalqınçün canını belə qurban etməyi, ölümün gözünə dik baxmağı, saat dəqiqliyi ilə işləməyi biz ondan öyrəndik. Həm də ondan təvazökarlığı, mehribanlığı, insansevərliyi öyrəndik.

Bu gün bu sətirləri yaza bilməyimin ən böyük səbəbkarıdır Qənirə Paşayeva. İran-İraq müharibəsində başına bombalar yağmasına rəğmən, Bağdaddan etdiyi canlı yayımlar onu televizorun qarşısında heyrətlə izləyən qızcığazın qəlbinə jurnalistika sevgisini elə saldı ki, bir daha bu sevgidən qurtula bilmədi və illər sonra hətta əzmi sayəsində öz kumiri ilə görüşmək, bir jurnalist kimi işləmək şansı da qazandı. O vaxt o ekrana baxarkən ağlına gələrdimi ki heyranı olduğu jurnalist illər sonra onu bir jurnalist kimi sevəcək, ona inanacaq?! Yox, əlbəttə. Bu, taleyin işi, sevginin gücü idi.

Çox heyif ki, həmin tale bizə həmin sevgini çox gördü. "Hər bir insan bu dünyaya bir missiya üçün göndərilir və missiyası tamamlananda gedir" - deyirlər. Kimi missiyasını 70-80 ilə tamamlaya bilməzkən, görünür, Qənirə xanım bütün vəzifələri, missiyaları kimi, ilahi missiyasını da tez, vaxtından çox-çox əvvəl tamamlamağı bacardı. Elə buna görə də vaxtsız, vədəsiz, kimsənin ummadığı, inanmadığı zamanda qəfil çıxıb getdi. Eeh... Onun kimi insanların gedişi nə zaman vaxtlı olub ki...

Ruhu şad olsun!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri