525ci qəzet Zaqatalada 3 nəfər dönərdən zəhərlənib | Icma.az
Icma.az bildirir, 525.az saytına əsaslanaraq. Zaqatala rayon sakinləri dönərdən zəhərlənib.
525.az xəbər verir ki, ötən gün axşam saatlarında 1999-cu il təvəllüdlü rayonun Cobankol kənd sakini İlqar Əhmədov, 2007-ci il təvəllüdlü rayonun Mosul kənd sakini İradə Əsadullayeva və 2016-cı təvəllüdlü rayonun Qazangül qəsəbə sakini Əli Atayev qida zəhərlənməsi əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili yardım şöbəsinə daxil olublar.
Onların dönərdən zəhərləndikləri ehtimal olunur. Hər üç şəxsə lazımi tibbi yardım göstərilib.
Göstərilən yardımdan sonra vəziyyətləri qənaətbəxş olduğu üçün evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır (APA).
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu