525ci qəzet Zaqatalada 3 nəfər dönərdən zəhərlənib
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Zaqatala rayon sakinləri dönərdən zəhərlənib.
525.az xəbər verir ki, ötən gün axşam saatlarında 1999-cu il təvəllüdlü rayonun Cobankol kənd sakini İlqar Əhmədov, 2007-ci il təvəllüdlü rayonun Mosul kənd sakini İradə Əsadullayeva və 2016-cı təvəllüdlü rayonun Qazangül qəsəbə sakini Əli Atayev qida zəhərlənməsi əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili yardım şöbəsinə daxil olublar.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Onların dönərdən zəhərləndikləri ehtimal olunur. Hər üç şəxsə lazımi tibbi yardım göstərilib. Göstərilən yardımdan sonra vəziyyətləri qənaətbəxş olduğu üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır (APA).

Zaqatalada 3 nəfər dönərdən zəhərlənib
26 Noyabr 2024 09:41

