55 nömrəli marşrut...

02.11.2026

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Bakıda bir çox marşrutlarda fəaliyyət göstərən avtobuslar fiziki və mənəvi cəhətdən köhnəlib. Başqa sözlə demiş olsaq həmin nəqliyyat vasitələri istismar müddətini başa çatdırıb.

Bu isə o deməkdir ki, həmin avtobuslarda sərnişinlərə nümunəvi xidmət göstərilmir! Belə marşrutlardan biri də Bakıxanov qəsəbəsindən Yeni Günəşliyə işləyən 55 nömrəli avtobuslardır! Heç şübhəsiz ki, onlar köhnə olduğuna görə, tez- tez xətdə sıradan çıxır  və yarıyolda qalır. Elə məhz sərnişinlər də bundan narazılıq edirlər.

Onlar deyirlər ki, bu marşrutda işləyən avtobuslarda yayda istidən, qışda soyuqdan əziyyət çəkirik.  Yaxşı olar ki, bu avtobuslar yeniləri ilə əvəzlənsin, yoxsa biz əziyyət çəkirik. Üstəlik də maşınlar sıradan çıxanda  aradakı interval uzanır. Həmin marşrutun dispetçeri isə deyir ki, yaxın zamanlarda xəttə yeni avtobuslar buraxılması nəzərdə tutulur. Bir sözlə, çalışacağıq ki, sərnişinlərə yaxşı xidmət göstərək!!!

Emil FAİQOĞLU      

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью