55 nömrəli marşrut...
Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Bakıda bir çox marşrutlarda fəaliyyət göstərən avtobuslar fiziki və mənəvi cəhətdən köhnəlib. Başqa sözlə demiş olsaq həmin nəqliyyat vasitələri istismar müddətini başa çatdırıb.
Bu isə o deməkdir ki, həmin avtobuslarda sərnişinlərə nümunəvi xidmət göstərilmir! Belə marşrutlardan biri də Bakıxanov qəsəbəsindən Yeni Günəşliyə işləyən 55 nömrəli avtobuslardır! Heç şübhəsiz ki, onlar köhnə olduğuna görə, tez- tez xətdə sıradan çıxır və yarıyolda qalır. Elə məhz sərnişinlər də bundan narazılıq edirlər.
Onlar deyirlər ki, bu marşrutda işləyən avtobuslarda yayda istidən, qışda soyuqdan əziyyət çəkirik. Yaxşı olar ki, bu avtobuslar yeniləri ilə əvəzlənsin, yoxsa biz əziyyət çəkirik. Üstəlik də maşınlar sıradan çıxanda aradakı interval uzanır. Həmin marşrutun dispetçeri isə deyir ki, yaxın zamanlarda xəttə yeni avtobuslar buraxılması nəzərdə tutulur. Bir sözlə, çalışacağıq ki, sərnişinlərə yaxşı xidmət göstərək!!!
Emil FAİQOĞLU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 02 Noyabr 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















