56 yaşlı kişi evində sevgilisi ilə yeyib içdi, ona şiddət göstərdi TƏFƏRRÜAT | Icma.az
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır. Abşeron rayonunda 56 yaşlı kişi evinə dəvət etdiyi sevgilisinə xəsarət yetirib.Bak
Məclis bitəndən sonra Hicran öz evinə getmək istəyib. Amma Bəhruz buna əsəbləşib, onun getməsini istəməyib və əyləncəyə davam etməsini tələb
Əvvəlcə Hicranın sifətinə şillə vurub, sonra isə paltarının yaxasından tutaraq kənara itələyib.
Qadının başı evin qapısına dəyib və o, xəsarət alıb.İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ittiham üzrə özünü təqsirli bilib.
İfadəsində göstərib ki, Hicranla 15 ildir dostluq münasibəti var: “Hadisə günü Hicran dəvətimlə Novxanı qəsəbəsindəki evimə gəldi.
Mən də mağazadan bazarlıq etdim. Birlikdə içki məclisi qurduq, yeyib-içdik. Yeyib-içəndən sonra Hicran getmək istədi.
Aramızda mübahisə yarandı. Hicran mənə nalayiq ifadələr işlətdi. Mən də ona bir dəfə sifət nahiyəsinə şillə vurdum və kənara itələdim.
Hicranın başı qapıya dəydi və xəsarət aldı”.Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Hicran onun barəsində polis şikayət edəcəyini bildirib və evdən gedib.İş üzrə zərərçəkmiş qismində ifadə verən Hicranın sözlərinə görə, hadisə günü nahar vaxtı Bəhruzun yaşadığı Novxanı qəsəbəsindəki evinə gedib: “Birlikdə spirtli içki içdik.
Tam oxu
Xəbəri oxu