Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

56 yaşlı kişi evində sevgilisi ilə yeyib içdi, ona şiddət göstərdi TƏFƏRRÜAT

56 yaşlı kişi evində sevgilisi ilə yeyib içdi, ona şiddət göstərdi TƏFƏRRÜAT

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Abşeron rayonunda 56 yaşlı kişi evinə dəvət etdiyi sevgilisinə xəsarət yetirib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Novxanı qəsəbəsində baş verib.

Novxanı sakini, 1969-cu il təvəllüdlü Bəhruz dostluq münasibətində olduğu Hicrana (adlar şərti verilib – red.) xəsarət yetirib.

O, həmin gün saat 13 radələrində yaşadığı evdə tanışı Hicranla içki məclisi qurub. Məclis bitəndən sonra Hicran öz evinə getmək istəyib. Amma Bəhruz buna əsəbləşib, onun getməsini istəməyib və əyləncəyə davam etməsini tələb edib.

Hicranın getmək israrından daha da hiddənlənən Bəhruz sərxoş vəziyyətdə ona hücum çəkib. Əvvəlcə Hicranın sifətinə şillə vurub, sonra isə paltarının yaxasından tutaraq kənara itələyib. Qadının başı evin qapısına dəyib və o, xəsarət alıb.

İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Hicranla 15 ildir dostluq münasibəti var: “Hadisə günü Hicran dəvətimlə Novxanı qəsəbəsindəki evimə gəldi. Mən də mağazadan bazarlıq etdim. Birlikdə içki məclisi qurduq, yeyib-içdik. Yeyib-içəndən sonra Hicran getmək istədi. Aramızda mübahisə yarandı. Hicran mənə nalayiq ifadələr işlətdi. Mən də ona bir dəfə sifət nahiyəsinə şillə vurdum və kənara itələdim. Hicranın başı qapıya dəydi və xəsarət aldı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Hicran onun barəsində polis şikayət edəcəyini bildirib və evdən gedib.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Hicranın sözlərinə görə, hadisə günü nahar vaxtı Bəhruzun yaşadığı Novxanı qəsəbəsindəki evinə gedib: “Birlikdə spirtli içki içdik. Sonra mən evimə gedəcəyimi dedim. Buna görə Bəhruz məni söydü, mübahisə düşdü. Bəhruz məni itələdi, başım evin qapısına dəydi və zərbənin təsirindən yerə yıxıldım. Mən yerə yıxılandan sonra Bəhruz yumruqla bir neçə dəfə baş və alın nahiyələrimə zərbələr vurdu".

Zərərçəkmişin ifadəsinə görə, sonra vəziyyəti yaxşı olmadığı üçün Bakı şəhərində xəstəxanalardan birinə müraciət edib və baş nahiyəsinə bir neçə yerdən tikiş qoyulub. Sonra ərazi üzrə polisə şikayət edib.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmişin ona qarşı olan şikayətini geri götürüb.

Hakim sonda hökm elan edən zaman onların barışmasını, zərərçəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alıb. Hökmə görə, müvafiq qanuna uyğun olaraq Bəhruzun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 İyun 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see257

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri