578 nəfər Avropadan Azərbaycana readmissiya olundu ÖZƏL

22.09.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026-cı ilin ilk 8 ayında Azərbaycana readmissiya edilənlərin sayı açıqlanıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsindən məlumat verilib.
Məlumata görə, 2026-cı ilin 8 ayı ərzində 578 şəxsin ölkəyə readmissiyası həyata keçirilib. Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.
Qeyd edək ki, 2025-ci ilin eyni dövrü - yanvar-avqust üzrə Azərbaycana readmissiya edilənlərin sayı 273 nəfər olub.
Builki göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2.1 dəfə artım deməkdir.
Qeyd edək ki, readmissiya bir dövlətin digər dövlətin ərazisində qanunsuz yaşayan, qalan və ya vətəndaşlıq şərtlərini pozan öz vətəndaşlarını (bəzi hallarda isə həmin ölkədən keçən üçüncü ölkə vətəndaşlarını) geri qəbul etmək öhdəliyidir.
Fəridə, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью